Pay torpaqlarına görə cərimə artdı, deputat etiraz elədi, spiker hirsləndi

img

06-05-2016 [14:33]


"Vergi və gömrüyün hesabına büdcəni doldurmaq olmaz. İnsanlara yaxşı yaşamaq üçün şərait yaratmaq lazımdır”.

Bunu millət vəkili Çingiz Qənizadə "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib.

"Mən bayaq da qeyd etdim ki, pay torpaqlarının istifadə edilməyən bir hektarına görə 1000 manat cərimə ödəmək lazımdı. Əgər kiminsə 5 hektar torpağı varsa, o, 5000 manat ödəməlidir. Necə ödəsin? Mən əminəm ki, bu qanun işləməyəcək. Cənab prezident əminəm ki, onu geri qaytaracaq. İndi antidempinq məsələsi də elədir. Böyük avadanlıqlara da bunu tətbiq etmək olar. Amma geyim məsələsində çətinlik yaranacaq. Outlet deyilən bir məsələ var. Oradan ucuz geyimləri alıb gətirirlər. Bu da gələcəkdə problemlər yaradacaq”– deyə qeyd edib.

Spiker Oqtay Əsədov isə Çingiz Qənizadənin çıxışına belə reaksiya verib:

"Mən adətən sizə az irad tuturam. Prezidentin adından əminliklə danışmaq düzgün deyil. Bura Milli Məclisdir. Danışanda fikirlərimizə diqqət yetirmək lazımdır”.

Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA