06-05-2016 [13:29]
Azərbaycanın ayrı-ayrı rayonlarına təyinat alan icra başçıları əvvəlki vaxtlara nisbətən özlərini necə deyərlər "yığışdırıblar”. Təbii ki, Prezidentin bir neçə icra başçısının vəzifəsinə xitam verilməsilə bağlı dalbadal imzaladığı sərəncamlar bu məsələyə birbaşa təsir edib.
Amma buna baxmayaraq, bəzi "əyalət padşahları” yenə də öz "doğrular”ından əl çəkmirlər. Bunu əbəs yerə demirik.
Modern.az saytına məlum olub ki, vəzifəsinin icrasına başlayan bəzi icra başçıları (konkret 3 nəfərin adı hallanır - G.R.) təyinat aldığı rayonda kirayədə yaşadığı evin ödənişini belə etmirlər. Məsələ burasındadır ki, bəzi vəzifəli şəxslər heç vaxt yaşamadığı, sakini olmadığı rayonlara təyinat alır. Bu zaman onların məskunlaşması üçün ev kirayələmək lazım gəlir. Çünki, tez bir zamanda ev almaq, yaxud ev tikdirmək müşkül məsələdir. Rayonlarda bir vaxtlar tikilmiş Qonaq evlərində yaxşı şərait olmadığından, bu halda ən asan yol ev kirayələməkdir. Beləliklə, yeni icra başçısı əyalətdə ürəyinə yatan evi kirayələyir, yaşayır, ödəniş vaxtı "pul yoxdur” deyir... Naəlac qalan vətəndaş isə hara üz tutacağını bilmir. Çünki, istənilən halda onu "səhv çıxaracaqlar”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Modern.az saytına danışarkən çox böyük əminliklə "icra başçıları üçün təyinat aldıqları yerlərdə heç bir problem olmur” deyib:
"Məgər icra başçısı ev dərdi çəkir ki?.. Rayonların əksəriyyətində Qonaq evləri var. Həmin qonaq evləri yenə də icra hakimiyyətlərinin balansındadır. Yaxud ev tuturlar. Ən pis halda bir müddət sonra elə həmin rayonda özlərinə ev tikdirirlər. Şəxsən mən belələrini tanıyıram. Kifayət qədər belə icra başçılarımız var. Amma həmin evlərin sonrakı aqibəti necə olur, onu deyə bilmərəm.
İcra başçılarının rayonlarda yaşaması ilə bağlı hər hansı çətinlik, problem yoxdur. Bunu tam məsuliyyətimlə deyirəm. Çünki, şəxs həmin rayonun bir növ sahibinə çevrilir”.
F.Ağamalı icra başçısının kirayə ödənişindən imtina etməsini qanunsuzluq adlandırıb:
"Ev sahibi icra başçısı kirayə haqqını ödəmədiyi halda məhkəməyə müraciət edə bilər. Çünki, o, ödənişi tələb etmək hüququna malikdir.
Əgər icra başçısı yaşadığı evin kirayə haqqını ödəmirsə, ciddi şəkildə qanun pozuntusuna yol verir və vətəndaşın mülkiyyət hüququnu pozur. Belə icra başçıları varsa, biz də tanımaq istəyərik. Hətta bəlkə onlara "köməklik” də edərik”.
Gülşən RAUFQIZI
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi