Həftəsonu Azərbaycanda hava kəskin pisləzəcək, leysan və qar yağacaq

img

02-04-2010 [12:47]


Bakıda və Abşeron yarımadasında həftəsonu hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, səhər bəzi yerlərdə zəif duman, axşam isə çiskinli olacağı ehtimalı var. Axşam havanın tutqun olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8? isti, gündüz 15-17? isti olacaq. Aprelin 4-də axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşama doğru yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 5-7? isti, gündüz 13-16? isti olacaq. Aprelin 5-də hava buludlu olacaq, arabir yağmurlu keçəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-8? isti, gündüz 10-12? isti təşkil edəcək. Azərbaycanın rayonlarında şənbə günü gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9? isti, gündüz 14-19? isti, dağlarda gecə 1-5? isti, gündüz 10-15? isti olacaq. Aprelin 4-də axşam bəzi şimal və qərb rayonlarında, 5-də isə əksər rayonlarda yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Şimşək çaxacağı, gecə saatlarında yağışın yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7? isti, gündüz 15-20?, 05-də 10-15˚ isti, dağlarda gecə 2? şaxtadan 3˚-dək isti, gündüz 11-16?, 05-də 6-9˚ isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA