06-05-2016 [10:49]
Nərimanov Rayon İcra hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Kooperasiya Universitetinin konfrans zalında "Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir” adlı tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Dini Qurumlar üzrə Dövlət Komitəsinin Bakı Şəhər Şöbəsinin müdir müavini Ceyhun Əliyev, Azərbaycan Kooperasiya Universitetinin tarix kafedrasının müdiri Nizami Məhərrəmov, Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, rayon ictimaiyyəti və fəal gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan etməsində məqsəd Azərbaycanda multikulturalizmin ənənələrinin qorunub saxlanılmasının, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunmasının təmin edilməsidir. Əsrlər boyu Azərbaycanda mültimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Onlarla millətin və xalqların nümayyəndələri Azərbaycanı öz vətənləri kimi qəbul edib və artıq uzun illərdir ki, bir ailə kimi yaşayırlar. Multikulturalizm Azərbaycanda artıq alternativi olmayan həyat tərzinə çevrilib.
Natiq qeyd edib ki, multikulturalizm elə bir siyasətdir ki, o, mədəni plüralizmi qəbul edir və onun inkişafına şərait yaradır. Bu, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə əlaqədardır. Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikulturalizm siyasəti assimilyasiyanı inkar edən inteqrasiyaya aparır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda millətin yüksək vəzifə tutmayan digər nümayəndələri ilə yanaşı həm də milli və dini azlıqlar da dəstəkləyirlər.
Nərimanov rayonunda fəaliyyət göstərən 6 dini icma, "Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəylik Cəmiyyətinin rayon şöbəsi, Rus Mədəniyyət Mərkəzi, Şevçenko adına Ukrayna İcması, Azərbaycan – Rus İcmasının rayon Şöbəsi ilə konstruktiv əməkdaşlığın və ictimai əlaqələrinin təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılır.
Sonra çıxış edən Dini Qurumlar üzrə Dövlət Komitəsinin Bakı Şəhər Şöbəsinin müdir müavini Ceyhun Əliyev, Azərbaycan Kooperasiya Universitetinin tarix kafedrasının müdiri Nizami Məhərrəmov, Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov və digər çıxışçılar bildiriblər ki, multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır. Azərbaycan digər istiqamətlərdə olduğu kimi bu istiqamətdə də uğurlu inkişafını davam etdirəcəkdir. Bunun üçün Azərbaycanda zəruri olan siyasi və sosial şərait mövcuddur.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi