06-05-2016 [10:32]
Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev həbsdən azad edilə bilər.
Bu haqda redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, C.Hacıyevi ev dustaqlığına buraxılıb sonradan isə "xəstəliyi ilə əlaqədar” istintaqdan, ümumiyyətlə, kənarlaşdırmaq planı var.
Qaynağımız iddia edir ki, sabiq bankirin həbsdən azad edilməsi onun rəhbərliyi altında Beynəlxalq Bankdan kredit şəklində çıxarılan milyardlarla manat kreditlərin geri alınmasına mane olmayacaq. Kreditorların saxlanılaraq inzibati üsullarla aparılan profilaktik işlər az-çox bəhrəsini verir.
Belə olan halda Beynəlxalq Bankda böyük bir paya sahib olan Cahangir Hacıyevin həbsdə qalması ilə azadlıqda olması arasında elə də ciddi fərq yoxdur. Əksinə, Hacıyev çöldə olarsa daha çox kreditin geri qaytarılmasına nail ola bilər. Odur ki, onun azadlığa buraxılması xahişini edən nüfuzlu şəxsi eşidiblər.
Qaynağımız bildirir ki, C.Hacıyev problemli kreditlər şəklində olan milyardlarla vəsaitin geri qaytarılmasına yardımçı olacağına vəd verib. Bundan başqa, Cahangir Hacıyev Beynəlxalq Bankın İdarə Heyətinin sədri olmaqla yanaşı, bankın əsas səhmdarlarından biri olub. Onu vəzifəsindən azad etsələr də, bankdakı səhmləri qalmaqdadır. "Bizim Yol” yazır ki, Cahangir Hacıyevin nizamnamə kapitalında payı 4 milyon 333 min 476 ədəd səhmdir. Başqa sözlə desək, bankın 5-də biri - 20 faizi C.Hacıyevə məxsusdur. Onun səhm sayını nominal dəyəri 0,27 manata vursaq, bu, 1 milyard 170 milyon 38 min 52 manat edir.
Amma belə məlumatlar da var ki, hakimiyyətdəki bəzi qruplaşmalar "vurulmuş” MTN şefi Eldar Mahmudovun qudası olan Cahangir Hacıyevin azad edilməsinin əleyhinədirlər. Onlar hesab edirlər ki, C.Hacıyevin azad edilməsi Eldar Mahmudovun güclənməsinə xidmət edəcək.
Qeyd edək ki, C.Hacıyev ötən il martın 18-də "səhhətindəki problemlərə” görə istefaya göndərildikdən sonra maliyyə xəyanətlərində suçlanıb. Lakin onun həbsi bir müddət ertələnib. Ötən ilin oktyabrında Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan 2 ay sonra - dekabrın 4-də Cahangir Hacıyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və Nərimanov məhkəməsinə aparılaraq barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2 (külli miqdarda mənimsəmə) maddələri ilə ittiham edilir. Sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların "çirkli pullar”ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur. C.Hacıyev barədə həbs sanksiyasını şəxsən baş prokuror Zakir Qaralovun imzaladığı deyilir.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi