Tağı Əhmədov: ?Metroda gediz haqqları yenidən dəyizdirilə bilər?

img

02-04-2010 [12:36]


Metroda gediş haqqları yenidən dəyişdirilə bilər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov YAP-ın qərargahında keçirdiyi mətbuat konfransında deyib. ?Ötən ilin oktyabrında Taarif Şurasına Bakı Metropolitenində sərnişin başına daşınma haqqını hesablayaraq, Taarif Şurasına təqdim etmişəm, Taarif Şurasına növbəti belə hesabatı aprel ayında təqdim edəcəm? deyən T.Əşmədov bildirib ki, o zaman hər bir sərnişinin daşınmasının 49,2 qəpiyə başa gəldiyi qeyd olunub və 2010-cu ildə Bakı Metropoliteninin Taarif Şurasına sərnişin daşınmasının 33 qəpiyə başa gəlməsi barədə müraciəti olmayıb. Onun sözlərinə görə, 33 qəpik məsələsi barədə yayılan məlumat əsassızdır. Metropoliten rəisi apreldə yenidən qiymətləri hesablayıb, Taarif Şurasına təqdim edəcəklərini də vurğulayıb. Qiymətlərin necə olmasını isə Tarif Şurası müəyyən edəcək. T.Əhmədov dünyada metroda gediş haqlarının qiymətini Azərbaycanla müqayisə edərək, qeyd edib ki, ən ucuz qiymət məhz Bakı Metropolitenindədir: ?Düzdür, qiymətlər bahalaşandan sonra sərnişinlərin sayı 20 faiz azalıb. Əvvəllər 5 qəpik olub, indi 15 qəpik olduğu üçün bu, sərnişin azalmasını kompensasiya edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA