06-05-2016 [09:22]
"Gələcəkdə sürücülük vəsiqələrindən ödəniş vasitəsi kimi istifadə ediləcək”.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. Rəis bildirib ki, ödəniş vasitəsi kimi istifadə ediləcək kartlar çiplə təchiz edilənlərdir:
"Artıq 3 ildir ki, sürücülük vəsiqələri çipli hazırlanır. Ola bilsin ki, bu vəsiqələr hazırlanarkən gələcəkdə onların balansına pul yükləməklə yanaşı, onlardan ödəniş vasitəsi kimi istifadə edilməsi də mümkün olacaq. Hətta ola bilər ki, həmin kartlardan gələcəkdə digər nəqliyyat növlərindən istifadə üçün də pul yükləmək mümkün olsun. Yəni ki, istənilən formada istifadə etmək mümkün olacaq. Onu da əlavə edim ki, bu sürücülük vəsiqələrinin təhlükəsizlik elementləri də yüksəkdir. Ancaq hələlik bu sürücülük vəsiqələrindən sadalanan məqsədlər üçün istifadə edilmir”.
Kamran Əliyev mətbuatda sürücülük vəsiqələrinin dəyişəcəyi barədə yayılan məlumatlara da aydınlıq gətirib: "Vəsiqələr dəyişdirilməyəcək. Artıq 2013-cü ildən sürücülərə çipli yeni kartlar verilir. Əgər hansısa sürücünün vəsiqəsinin istifadə müddəti sona çatıbsa, ona da yeni (çiplə təmin edilmiş) vəsiqə verilir. Bu vəsiqələrdə onun sahibi haqqında məlumatlar da qeyd edilir. Bu da sürücünün başqa ölkələrə getdiyi zaman ondan istifadə etməsinə köməklik edir. Hazırda vaxtı bitməyən vəsiqələr də istifadə edilir. Həmin vəsiqələri etibarlılıq müddəti bitməyənə qədər dəyişməyə ehtiyac yoxdur".
Şöbə rəisi onu da əlavə etdi ki, sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün, yəni yeni vəsiqələrin alınması üçün 18 manat dövlət rüsumu ödənilir.
Ölkə ərazisində mövcud və işlək olan sürücülük vəsiqələri 2013-cü ilin yanvar ayından yenilənməyə başlayıb. Bu vəsiqə köhnələrdən həm ölçüsünə, həm də içərisindəki məlumatlara görə fərqlənir. Sürücülük vəsiqələrinin yenilənməsi zərurəti isə bir neçə səbəbdən yaranıb.
Belə ki, yeni sürücülük vəsiqələrinin surətini çıxarmaq mümkün olmur. Bunlar təhlükəsizlik baxımından daha etibarlıdır.
Bütün bunlarla yanaşı yeni sürücülük vəsiqəsinin laminasiyası da köhnə vəsiqələrdən fərqlənir. Belə ki, yeni vəsiqənin üzərində 8 guşəli ulduz, gerb və daha bir neçə işarə var ki, onun saxtalaşdırılması asan məsələ deyil.
Yeni sürücülük vəsiqələri verilməyə başlayan tarixdən dövlət rüsumu da dəyişib. Əvvəllər 15 manat olan rüsum yeni vəsiqələr verilməyə başladığı tarixdən 18 manat olub. Bu dəyişiklik Azərbaycan Respublikasının dövlət rüsumu haqqında qanununa edilən dəyişiklik əsasında baş verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi