Oğuzda Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub - FOTO

img

05-05-2016 [19:31]


Bu gün Oğuz rayon Statistika İdarəsi üçün inşa edilmiş müasir inzibati bina istifadəyə verilib.

Dövlət Statistika Komitəsinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, inzibati bina Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” çərçivəsində tikilib.

Açılış mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, son illərdə ölkədə rəsmi statistikanın inkişafına dair uğurla icra olunan Dövlət Proqramları nəticəsində yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması və maddi texniki bazalarının təkmilləşdirilməsi məqsədilə 26 rayon və şəhər statistika idarəsi üçün yeni inzibati binalar tikilib.

Tədbir iştirakçıları yeni binada yaradılan şəraitlə tanış olublar. Sahəsi 394 kv.metr olan iki mərtəbəli inzibati bina müasir tələblərə cavab verir, kompyuter texnikası, mebel və digər zəruri avadanlıqlarla təchiz edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA