"Artıq ermənilər qorxu, təşviş, vahimə içindədir" - Yaqub Məmmədovdan açıqlama

img

05-05-2016 [18:12]


"Heç zaman ümidsiz olmamışam, indi də ümid edirəm ki, gec-tez Şuşa başda olmaqla işğalda olan bütün torpaqlarımız azad olunacaq. Əminəm ki, qələbə bizim olacaq. Ancaq konkret tarix söyləyə bilmərəm, çünki indi bilavasitə o işlərin içində deyiləm”. 

Bunu Moderator.az-a açıqlamasında 1992-ci ildə Azərbaycan Ali Sovetinin sədri olmuş professor Yaqub Məmmədov deyib. 

Sabiq spiker onu da bildirib ki, ordumuzun sonuncu hərbi əməliyyatları qələbə gününün çox yaxında olduğunu göstərdi: "Aprel ayının əvvəllindəki dörd günlük müharibədə Azərbaycan ordusu çox böyük şücaət sərgilədi və bunu hər birimiz yüksək qiymətləndirməliyik. Mən çox şad oldum ki, ordumuz qüdrətini, gücünü, imkanlarını nəinki düşmənə, hətta bütün dünyaya göstərdi. Artıq ermənilər qorxu, təşviş, vahimə içindədir. Düşmən başa düşdü ki, Azərbaycan torpaqlarını zorla işğal edib saxlamaq mümkün deyil. Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə razılaşmayacaq. Ölkə rəhbərliyi də də dəfələrlə bunu qətiyyətli şəkildə bəyan edib. Əminəm ki, yaxın vaxtlarda Qarabağ məsələsi bizim qələbəmizlə həll olunacaq”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA