Məmmədyarov: "Qarabağ münaqizəsi mərhələli zəkildə həll olunmalıdır"

img

01-04-2010 [07:26]


Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Milli Assambleyasının deputatları Kristan Batay və Rolan Blumu qəbul edib. Görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olub. XİN-nin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu deyən nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə işğalın nəticələrinin aradan qaldırılmasının vacibliyini bildirib. Bunun üçün münaqişənin mərhələli həllinin uyğunluğunu vurğulayan nazir Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması, həmin ərazilərdə normal həyat şəraitinin yaradılması, kommunikasiyaların açılması, məcburi köçkünlərin öz torpaqlarına qayıtması və sonda Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib. XİN rəhbəri yalnız bu nizamlanma şərtləri ilə regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyünü bildirib. Öz növbəsində fransalı deputatlar Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına ümid etdiklərini və bu istiqamətdə beynəlxalq səylərin artırılmasının vacibliyini bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA