05-05-2016 [15:30]
Vətəndaşlara "Azərişıq", "Azərsu" və "Azəriqaz"a aid bütün xidmətlər "ASAN Kommunal" mərkəzlərində göstəriləcək.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısı İlham Əliyevin "ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında Fərmanını şərh edərkən bildirib.
İnam Kərimov deyib ki, artıq bu gündən etibarən təşkilati işlərə başlanılıb. "ASAN Kommunal" mərkəzlərində xidmət "Azərişıq", "Azərsu" və "Azəriqaz"la birgə təşkil olunacaq. Çox qısa müddət ərzində "ASAN Kommunal"ın pilot layihəsi fəaliyyətə başlayacaq. Bunlar "ASAN xidmət"ə paralel mərkəzlər olacaq. Hazırda "ASAN xidmət" mərkəzlərində müvafiq kommunal xidmətlər göstərilir, amma "ASAN Kommunal" mərkəzləri fəaliyyətə başladıqdan sonra bu xidmətlər yeni mərkəzlərdə birləşəcək. "ASAN Kommunal" mərkəzlərinin ayrı, "ASAN xidmət" mərkəzlərinə yaxın və yaxud bitişik binalarda fəaliyyət göstərməsi nəzərdə tutulub. Mərkəzlərdə ən müasir ödəniş üsulları tətbiq olunacaq.
Dövlət Agentliyinin sədri deyib ki, "ASAN Kommunal" mərkəzləri dövlət büdcəsindən maliyyələşməyəcək. Mərkəzlər aidiyyəti qurumların vəsaitləri hesabına maliyyələşəcək. "ASAN Kommunal" mərkəzlərində bu üç qurumun göstərdiyi xidmətlərdən başqa digər kommunal xidmətlərin də vətəndaşlara göstərilməsi planlaşdırılır. "ASAN Kommunal" mərkəzlərində xidmət "ASAN xidmət"in prinsipləri əsasında həyata keçiriləcək. Bu mərkəzlərdə vətəndaşlar üçün bütün şərait yaradılacaq. Mərkəzləşdirilmiş növbə sistemi olacaq. Fiziki və hüquqi şəxslərin rahatlığı, mərkəzləşdirilmiş növbə sistemi, göstərilən xidmətlərin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə təşkili, vətəndaşların telefon və ya internet müraciətlərinin "Çağrı xidməti" vasitəsilə qəbulu və cavablandırılması əsas fəaliyyət istiqamətləridir.
Xatırladaq ki, mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev "ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.
Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda "ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən "ASAN Kommunal” mərkəzlərinin yaradılmasını və vahid şəkildə idarə olunmasını təşkil edəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi