"Bakı sərt cavab verəcək" - Rusiyadan İrəvana xəbərdarlıq

img

05-05-2016 [15:00]


İrəvanın qondarma "Dağlıq Qarabağ Respublikası”nın "müstəqilliyinin” tanınması yönündə atdığı addım rəsmi Bakının kəskin reaksiyasına səbəb olacaq və təmas xəttində vəziyyət gərginləşəcək.

Bu barədə MDB Parlamentlərarası Assambleyasının və Rusiya Dövlət Dumasının müşahidəçilər missiyasının rəhbəri Leonid Slutski "RBC” agentliyinə müsahibəsində bildirib.

"Bu qanun layihəsinin qəbul edilməsi yerində olmayan addımdır, çünki Bakı üçün qızışdırıcı amil olacaq” – deyə Slutski bildirib.

Rus deputatının fikrincə, tərəflər danışıqlar prosesini çətinləşdirən addımlar atmaqansa, ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA