Şəxsiyyət vəsiqəsi ilə bağlı dəyişiklik - Yeni şəxsiyyət vəsiqəsi veriləcək

img

05-05-2016 [14:13]


"Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması nəzərdə tutulur".

Mia.az azvision.az-a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə ilin sonundan başlanılacaq: "Bu xidmətin Daxili İşlər Nazirliyi tərəfindən verilməsi nəzərdə tutulur. "ASAN Xidmət" Mərkəzlərində Daxili İşlər Nazirliyinin göstərdiyi xidmətlərdən biri də şəxsiyyət vəsiqələrinin verilməsidir. Ona görə də yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlayan andan "ASAN Xidmət" Mərkəzləridə bu xidmət növündən faydalanmaq olacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA