"Əmək haqları peşəkarlığa görə veriləcək" - Nazirdən müəllimlərə

img

05-05-2016 [13:01]


"Müəllimlərin diaqnostik qiymətləndirilməsi ölkənin digər şəhər və rayonlarında da aparılacaq. Bundan sonra strategiyaya uyğun olaraq, əmək haqqı islahatının ikinci mərhələsinə - differansial, yəni peşəkarlıq səviyyəsindən və əməyin nəticələrindən asılı olan əmək haqqı sisteminə keçməyi palnlaşdırırıq".

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, müəllim əməyinin stimullaşdırılması ilə bağlı son 2 ildə atılan addımlar bu peşənin nüfuzunun yüksəldilməsində dönüş nöqtəsi olub.

M.Cabbarov qeyd edib ki, 2014-cü ildə Bakı şəhərində 30 min, 2015-ci ildə ölkənin 3 şəhər və 9 rayonunda 26 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb: "Beləliklə, ölkə üzrə müəllimlərin 40%-nin dərs yükü 1,5 dəfə, vəzifə maaşı isə 2 dəfə artıb. Nəticədə müəllimlərin orta aylıq əmək haqqı ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb".

Nazir əlavə edib ki, ölkədə müəllim-şagird nisbətində də əsaslı irəliləyişlərə nail olunub: "Bu göstərici 2012-2013-cü tədris ilindəki 1:10 göstəricisindən 2015-2016-cı tədris ilində 1:12 göstəricisinə yüksəlib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA