05-05-2016 [11:14]
"Neçəki Azərbaycanın işğal altında olan torpaqları qaytarılmayıb, neçəki işğalçı erməni ordusu Azərbaycanın ərazilərini tərk etməyib, Dağlıq Qarabağın ətrafında gedən proseslərə son qoyulmayıb, sülh sazişinə nail olunmayıb, cəbhə bölgəsində gərginlik davam edəcək. Biz istəsək də, istəməsək də davam edəcək”.
Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Kəpəz TV-yə müsahibəsində deyib. Əli Həsənov son vaxtlar cəbhə bölgəsində artan gərginlik, ermənilərin təxribatlarının mütəmadi xarakter alması və indiki danışıqlar prosesinin gedişindən danışıb:
"Sadəcə, Ermənistan tərəfi danışıqlarda nümayiş etdirdiyi qeyri-konstruktivliyi, cəbhə bölgəsində, xüsusən də dinc əhaliyə qarşı son zamanlar yaşanan proseslər də bunu göstərdi, təmas nöqtəsində bu mövqelərini davam etdirirlər. Mütəmadi olaraq təxribatlar törədirlər, mütəmadi olaraq fürsət düşən kimi dinc əhalinin yaşadığı yaşayış məskənlərini müxtəlif çaplı silahlardan atəşə tuturlar, məqam düşən kimi Azərbaycan Ordusunun mövqelərini atəşə tuturlar.
Ən dəhşətlisi də odur ki, atəşə tutan da onlardır, beynəlxalq aləmə, dünyaya Azərbaycanın atəşkəsi pozması haqqında səs-küy salan da onlardır. Ən dəhşətlisi budur. Son hadisələr – aprel ayının 1-2-d,ə siz bilirsiniz, bütün Azərbaycan xalqı bilir ki, Azərbaycan Ordusu nəhayət onların bu təxribatına dözmədi və müvafiq olaraq Azərbaycan mövqelərinə, o cümlədən yaşayış məntəqələrinə, dinc əhalinin yaşadığı məskənlərə hücum edən ermənilərə layiqli cavab verdi. Cavab verə-verə də onları illərdən bəri Azərbaycan ərazilərini təhdid altında saxladıqları, atəş altında saxladıqları mövqelərini ələ keçirdi.
Quldur erməni ordusunun çoxsaylı nümayəndələrini məhv elədi və Azərbaycan torpaqlarından onları xeyli uzaqlaşdırdı. Amma hal-hazırda da bu, bilirsiniz ki, erməni ordusunun atəşkəsi pozması halları davam edir, müvafiq olaraq Azərbaycan Ordusu onlara cavab verir. Danışıqlar prosesini onlar pozurlar, müvafiq olaraq danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirirlər və mövcud status-kvonu qorumağa çalışırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə, o cümlədən son günlər cəbhə bölgələrinə səfər çərçivəsində bəyan etdi ki, neçəki quldur, işğalçı ordu Azərbaycan torpaqlarını tərk etmiyib, Azərbaycan Ordusu onlara layiqli cavab verməkdə davam edəcək, Azərbaycan Ordusu bu işğalçı orduya atəşlərlə cavab verməkdə davam edəcək. Danışıqlarda da, bilirsiniz ki, Azərbaycanın mövqeyi birmənalıdır - bizim torpaqlar azad olunmalıdır, bölgədə qaçqın-köçkünə çevrilmiş əhali öz yurd-yuvalarına qaytarılmalıdır, ondan sonra Dağlıq Qarabağın statusu ətrafında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar aparıla bilər”.
"Erməni tərəfinə danışıqlarla bağlı müəyyən vaxt qoyulubmu? Ümumiyyətlə, müharibə başlaması ehtimalı nə dərəcədə realdır?” sualını isə Əli Həsənov belə cavablandırıb: "Əvvəla ermənilər, Ermənistan rəhbərliyi, hal-hazırkı irticaçı erməni rəhbərliyi heç bir konstruktiv mövqe nümayiş etdirmir. Bir danışıqda razılaşdırılmış mövqelərdən ikinci danışıqlarda imtina edirlər. Mütəmadi olaraq, belə deyək, beynəlxalq tədbirlərdə, xüsusən də Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən tədbirlərdə danışıqları pozurlar. Ona görə də biz onlardan konstruktiv mövqe gözləmirik.
Amma beynəlxalq aləmdən biz Ermənistana təzyiq siyasəti gözləyirik. Biz gözləyirik ki, Minsk qrupu, BMT və digər Avropa strukturları, Minsk qrupunu təmsil edən böyük ölkələr Ermənistana təzyiq göstərsin və nəhayət də bunları ciddi olmağa məcbur etsin. Əks təqdirdə bu danışıqlar uzanacaq və müharibə qaçılmazdır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi