“Semaşko”nun baş həkimi və müavini işdən çıxarıldı

img

04-05-2016 [20:15]


 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") baş həkimi Sabit Hüseynzadə işdən çıxarılıb.

Bu barədə virtualaz.org saytına xəstəxanadan məlumat veriblər.

Xəbərdə deyilir ki, baş həkimin yerinə müvəqqəti olaraq Ədalət Dadaşov təyin edilib.

Xəstəxanadan baş həkimin müalicə işləri üzrə müavini Məhəbbət İbrahimovanın da işdən çıxarıldığı bildirilib. Amma bu xəbər hələlik təsdiqlənməyib.

Qeyd edək ki, S.Hüseynzadə və M.İbrahimova ötən il sentyabrın 2-də vəzifəyə təyin olunmuşdular.

Səhiyyə Nazirliyindən saytımıza deyiblər ki, Ə.Dadaşov xəstəxananın II cərrahiyyə şöbəsinin müdiri işləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA