04-05-2016 [18:57]
Bu gün Prezident İlham Əliyev "ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı fərman verib.
Mia.az xəbər verir ki, fərmana əsasən, əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, "ASAN xidmət” təcrübəsinin digər xidmət sahələrində tətbiq edilməsi, xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirilməsi və bu sahədə vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə aşağıdakı qərara verilib:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda "ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən "ASAN Kommunal” mərkəzlərinin yaradılmasını və vahid şəkildə idarə edilməsini təşkil etsin.
2. "ASAN Kommunal” mərkəzləri aşağıdakıları təmin edir:
2.1. kommunal və digər müştəri xidmətlərinin həyata keçirilməsini;
2.2. göstərilən xidmətlərin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə təşkilini, xidmətlərin təkmilləşdirilməsi məqsədilə innovasiyaların tətbiq edilməsini;
2.3. vətəndaşların telefon və ya internet müraciətlərinin "Çağrı xidməti” vasitəsilə qəbulu və cavablandırılmasını;
2.4. nəzarət və qiymətləndirmənin aparılmasını;
2.5. mərkəzlərdə fəaliyyət göstərəcək əməkdaşlar üçün etik kursların, vətəndaş axınının və konfliktli halların idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlərin təşkilini;
2.6. xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun ölçülməsi üçün mütəmadi olaraq sorğuların ("exit-poll”) keçirilməsini;
2.7. mərkəzlərin fəaliyyəti haqqında gündəlik və dövri statistik hesabatların hazırlanmasını;
2.8. kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar ödənişlərin və digər haqların banklar, ödəmə terminalları və ya "ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini.
3. "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi fiziki və hüquqi şəxslərə xidmət göstərilməsi sahəsində olan xidmətlərinin "ASAN Kommunal” mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün aşağıdakı tədbirləri görsünlər:
3.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həmin mərkəzlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etsin;
3.2. müştəri xidmətləri sahəsində funksiyalarının "ASAN Kommunal” mərkəzlərinə ötürülməsini ("outsource”) təmin etməklə həmin xidmətlərin bu mərkəzlərdə göstərilməsi, habelə bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş mərkəzlərin yaradılması və təşkili ilə bağlı xərcləri maliyyələşdirsin;
3.3. mövcud informasiya sistemlərinin "ASAN ödəniş” sistemi ilə inteqrasiyasını təmin etsin.
4. Əhaliyə müştəri xidmətləri göstərən digər hüquqi şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış qaydada bu Fərmanın tələblərinə uyğun olaraq müştəri xidmətlərini "ASAN Kommunal” mərkəzlərində həyata keçirə bilərlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi