04-05-2016 [18:21]
Prezident İlham Əliyev bu gün Bakının Nizami rayonundakı Mikayıl Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə tanış olub.
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, paytaxtın Heydər Əliyev prospekti ilə Babək prospektini birləşdirən, Heydər Əliyev adına Bakı neft emalı zavodunun, Milli Gimnastika Arenasının, habelə əhalinin istifadəsində olan kütləvi tədbirlərin keçirildiyi çoxsaylı obyektlərin yerləşdiyi və nəqliyyatın intensiv hərəkət etdiyi Mikayıl Əliyev küçəsi uzun illərdir ki, təmir olunmamışdı.
Küçədə yağış-kanalizasiya sularının axıdılması sisteminin olmaması küçədə müəyyən problemlər yaradırdı. Həm küçənin asfalt-beton örtüyü tez sıradan çıxır, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı.
Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Mikayıl Əliyev küçəsinin də yenidən qurulmasına başlandı.
Bildirildi ki, görülən işlər çərçivəsində "Azəravtoyol" ASC tərəfindən küçədə yağış-kanalizasiya sularının axıdılması üçün 2 kilometrdən artıq yeni sistem qurulub. Küçə boyunca yağış suları üçün barmaqlıqlar qoyulub, kommunikasiya xətlərinin dəmir-beton yataqları hündürləşdirilib, baxış lyükləri yenilənib. Bununla da Mikayıl Əliyev küçəsində səth suları problemi köklü şəkildə aradan qaldırılıb. Uzunluğu 2800 metr, hərəkət hissəsi 4-6 zolaqlı olan yolun yenidən qurulması zamanı köhnə asfalt örtüyü təmizlənib, zəruri yerlərdə yol yatağı bərkidilib və küçəyə yeni asfalt-beton örtüyü döşənib.
Yenidənqurma işləri çərçivəsində küçə boyu hər iki istiqamətdə yeni piyada səkiləri yaradılıb, işıqlandırma sistemi qurulub. Bununla da şəhərin mərkəzi ilə 450 min nəfərdən çox əhalinin yaşadığı 8-ci Kilometr, Əhmədli və Günəşli qəsəbələri arasında nəqliyyat əlaqəsi xeyli yaxşılaşıb.
Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə Rüstəm Rüstəmov küçəsi və Babək prospekti ilə kəsişmələrdəki bir səviyyəli dairə şəkilli yol qovşaqları da yenidən qurulub, zəruri yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları və göstərici xətlər çəkilib.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, paytaxtın Nizami rayonunun Çobanzadə küçəsi də əsaslı təmir olunub.
Uzunluğu 2340 metr olan küçəyə yeni asfalt-beton örtük döşənib, avtobus dayanacaqları quraşdırılıb. Bundan əlavə, Naxçıvani küçəsinin də əsaslı təmiri başa çatıb.
Uzunluğu 840 metr olan küçənin eni genişləndirilərək 9 metrə çatdırılıb. Yeni asfalt-beton örtüyü çəkilən küçədə bütün infrastruktur yüksək səviyyədə qurulub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi