"Hərbi texnikamızı düşmənin arxasına keçirməyə nail olduq" - Azərbaycan zabiti

img

04-05-2016 [14:34]


"Düşmənin minaladığı sahələri vaxtında və itkisiz təmizləyib, öz hərbi texnikamızı düşmənin mövqelərinin arxasına keçirməyə nail olduq”.

Bunu Lələtəpə yüksəkliyinin tutulmasında iştirak edən döyüşçülərdən biri, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən hərbi xidmətdə fərqlənməyə görə, 3-cü dərəcəli medalla təltif olunan "N” saylı hərbi hissənin zabiti Ruslan Qasımov deyib.

Təltif olunan hərbçilər adından Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edən zabit deyib ki, Ali Baş Komandanın tapşırıqlarını hər an yüksək səviyyədə yerinə yetirməyə hazırdırlar.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA