04-05-2016 [13:09]
"Azərbaycan ordusu 1-3 aprel tarixlərində hücum etməyib, Ermənistan ordusunun hücumuna əks-həmlə ilə cavab verib. Gələcəkdə Ermənistan ordusu hücum edərsə, yenə adekvat cavab veriləcək. Lazım gələrsə, Xankəndinə belə zərbə endiriləcək”.
Bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib.
B. Səfərov deyib ki, aprel hadisələri dövründə 15 yaşlı uşaqlar belə könüllü cəbhəyə yollanmaq üçün müraciət ediblər: "Xalqımız torpaqlarımızın azad edilməsini istəyir. Beynəlxalq hüquqa görə Azərbaycanın torpaqlarını işğaldan azad etmək, torpaqlarını işğalçı ordudan, quldur dəstələrindən azad etmək hüququ var. Azərbaycan dövləti, ordusu nə vaxt istəsə, bu addımı ata bilər”.
Sabah Ermənistan parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası”nın tanınması məsələsinin müzakirəyə çıxarılmasına gəlincə, B. Səfərov qeyd edib ki, bu, Ermənistan tərəfindən növbəti təxribatdır: "Həmişə belə təxribatlara əl atıblar. Ermənistandakı rejim çətin duruma düşəndə, iç üzləri açılanda, həmişə təxribatlara əl atır. Bu da belə təxribatlardan biridir. İkincisi, Ermənistan parlamentinin qondarma "DQR”i tanıyıb-tanımaması heç nəyi dəyişməyəcək. Həm də Ermənistan parlamentinin Dağlıq Qarabağla bağlı hansısa məsələni müzakirəyə çıxarmaq hüququ yoxdur. Bütün dünya Dağlıq Qarabağın və ətrafdakı 7 rayonun Azərbaycan torpaqları olduğunu qəbul edir. Ermənistan bu addımı atsa belə, bunun bir əhəmiyyəti olmayacaq. Ona görə də Ermənistan bu gülünc təxribatı ilə sadəcə, dünyada özünü növbəti dəfə biabır etməkdən başqa heç nə qazana bilməyəcək”.
Ermənistan parlamentinin qondarma DQR-i tanımasının münaqişənin sülh yolu ilə həlli ilə əlaqədar danışıqların dayanmasını təsir göstərə biləcəyinə gəlincə, B. Səfərov Ermənistanın Azərbaycanla müharibə etmək gücü və qabiliyyətinin olmadığını vurğulayıb. O, Birinci Qarabağ Savaşında Azərbaycanın nizami ordusunun olmadığını xatırladıb: "Bu gün Azərbaycanın güclü ordusu var və gücünü ortaya qoyur. Lazım gələrsə, Azərbaycan öz ərazisini işğaldan azad edəcək. Azərbaycana başqalarının torpaqları lazım deyil. Ermənilər onu da gözəl bilirlər ki, Dağlıq Qarabağ Qarabağ xanlığının, bu gün yaşadıqları torpaqlar İrəvan və Naxçıvan xanlığının torpaqlarıdır. Qarabağ bizimdir, bizim də olacaq”(APA).
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi