Hacıbala Abutalıbov isa Qəmbərin müraciətinə ?yox? dedi

img

01-04-2010 [04:32]


Müsavat Partiyasının başqanı İsa Qəmbərin mitinq və piket keçirilməsi üçün Bakı şəhərində qanunauyğun müvafiq yerlərin ayrılması məqsədilə Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova 12 mart 2010-cu il tarixdə ünvanladığı məktuba bu gün cavab verilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Bakı Şəhəri İcra Hakimiyyəti Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və ?Sərbəst toplaşmaq azadlığı haqqında? Azərbaycan Respublikası Qanununa zidd olaraq kütləvi aksiyaların keçirilməsi üçün yer ayırmaqdan faktiki olaraq imtina edib. Yaxın günlərdə həmin cavab məktubu ilə əlaqədar Müsavat Partiyasının şərhi mətbuatda dərc olunacaq. Müsavat Partiyası sərbəst toplaşmaq azadlığının bərpasında israrlıdır və bu istiqamətdə mübarizəsini davam etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA