Rembo ləqəbli yaralı hərbiçimiz komadan ayıldı!

img

04-05-2016 [10:36]


Yaralı hərbçimiz, "Rembo" ləqəbli tankçı-mexanik Razi Cavadov komadan ayılıb.
Mia.az baku.ws-ə istinadən bildirir ki, bu haqda sosial şəbəkədə xəbər yayılıb. Xəbərdə qeyd olunur ki, Rembonun ayılması ilə bağlı məlumatı atası bildirib. O deyib ki, hərbçimiz ayılan kimi anasını istəyib. Razi Cavadov həkim nəzarəti altında müalicəsini davam etdirir.
Xatırladaq ki, Goranboy rayonunun Balakürd kənd sakini, Azərbaycan ordusunun müddətdən artıq hərbi qulluqçusu, tankçı, "Rembo" ləqəbli Razi Cavadov aprelin 2-dən 6-na qədər Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ilə işğal altındakı Talış kəndi arasındakı yüksəkliklər uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Atasının və döyüş yoldaşlarının dediyinə görə, Razi Cavadov 4 günlük döyüşlərdə düşmən postunu darmadağın edərək onları pərən-pərən salıb, düşmənin bir neçə texnilkasını və canlı qüvvəsini məhv edib. Aprelin 6-da Razi düşmən snayperi tərəfindən başından vurulub. Onun üç azyaşlı uşağı - iki oğlu, bir qızı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA