03-05-2016 [17:45]
Lerikin millət vəkili İqbal Məmmədov və ailə üzvləri ilə bağlı şikayət məktubu daxil olub. Əliyeva Kəbirə Murtuz qızının yazdığı məkbutda ilginc faktlar yer alıb.
Şikayətçi bildirir ki, Lerikin Piran kəndində fəaliyyət göstərən və deputat İqbal Məmmədova məxsus olan "Lerik Broyler" MMC ("Lebro") ətraf mühiti çirkləndirmək, ekologiyaya ziyan vurmaq, xəstəlik yaymaqla məşğuldur. Əslində bu quşçuluq fabriki Lerikin başqa ərazisində tikilməli imiş.
Amma İqbal Məmmədov hansısa səbəbdən onun Piran kəndində tikilməsinə qərar verib. Hətta tikintidən əvvəl millət vəkili sakinləri aldatmağı da unutmayıb. Belə ki, kənd sakinlərinə burda şirə sexininin inşa olunacağı bildirilib. Amma sonradan - özü də dövlətin kəndlilər üçün ayırdığı pay torpağında quşçuluq fabriki tikilib.
İqbal Məmmədovun atası Nəriman Məmmədov və qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunan "Lerik Broyler" MMC ekologiyaya ziyan vurmaqla məşğuldur. Hər ay bir dəfə fabrikdə aparılan toyuq kəsimi zamanı tonlarla qanlı su, sakinlərin təsərrüfatına və Lerikdəki Bəşəru çayına axıdılır. Bu çaydan isə sakinlər içməli suya ehtiyacını ödəyir, təsərüfatlarını suvarır. Şikayətçi bildirir ki, artıq kənddəki artezian quyularının suyundan da istifadə etmək mümkün deyil. Çünki quşçuluq fabrikinin ətrafa axıdılan çirkli sularının sızıntısı quyuların da çirklənməsinə səbəb olub.
Millət vəkilinin ailəsinə məxsus broyler şirkəti bununla da kifayətlənmir. Belə ki, hər ay fabrikdə tələf olan yüzlərlə toyuq heç bir təhlükəsizlik tədbiri görülmədən ətrafa atılır. Bu isə kənd sakinlərinə məxsus şəxsi təsərüfatlardakı ev quşları və heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Şikayətçi bildirir ki, İqbal Məmmədovun broylerindəki qanunsuzluqlar hər il təkcə onun təsərüffatına 3 min manatdan artıq ziyan vurur. "Lerik Broyler" MMC-nin ətrafında 40 evin yerləşdiyini nəzərə alsaq, ziyan 100 min manatdan artıq olur.
Sakinlər indiyədək millət vəkilinin qanunsuz əməlləri barədə dəfələrlə aidiyyatı qurumlara şikayət edib. Hər dəfə şikayətlər araşdırılması üzrə yerli qurumlara göndərilib. Lerikin bütün dövlət qurumlarında İqbal Məmmədovun "kadrları" olduğundan heç bir tədbir görülməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də "Lerik Broyler" MMC-ni dəfələrlə cərimələdiyi bildirilir. Amma bu, millət vəkili və ailəsinin qanunsuz əməllərdən əl çəkməsi üçün yetərli olmayıb.
Təbii ki, bütün bunlar təbiətin çirklənməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olur. Lerik Azərbaycanın dilbər guşələrindən biri, həmçinin uzun ömürlülər diyarı hesab olunur. Amma millət vəkili cibini doldurmaq üçün bu gözəlliyin məhvinə çalışır.
Bir müddət əvvəl Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi "Lerik Broyler"in istismarının müvəqqəti dayandırılması və fəaliyyətinin qadağan edilməsi barədə qərar versə də, millət vəkili öz əlaqələrindən istifadə etməklə Şirvan İnzibati-İqtisadi Məhkəməsində dövlət qurumunun qərarının ləğv edilməsinə nail olub.
Ötn gün isə şirkətdə təhlükəsizlik tədbirlərinin ümumiyyətlə çox aşağı səviyyədə olması işçilərdən birinin faciəli ölümü ilə nəticələnib. Belə ki, "Lerik Broyler” fabrikində elektrik işləyən Vüqar Abbasov elektrik cərəyanı vurması nəticəsində ölüb. Göründüyü kimi, "Lerik broyler" həm kollektivi, həm ətraf mühit, həm də ümumilikdə Lerik üçün cddi təhlükə mənbəyinə çevrilib.
Aşağıda isə sizə təqdim etdyimiz video kadrlarda "Lerik Broyler" fabrikinin xəstə və tələf olmuş yüzlərlə toyuqdan neçə açıq şəkildə zibillik yaratdığı əks olunub. Qayadalara görə isə, bu cür xəstə toyuqlar çox təhlükəli dəyərləndirildiyi üçün, onlarəın öncə yandırılması, daha sonra isə çox dərinə basdırması tələb olunur. Məhz bu qaydalara əməl edilmədiyinə görə də, ətrafa ciddi yoluxucu xəstəliklər yayılır və sakinlərin öz şəxsi təsərrüfatında saxladığı heyvanlar da qırılır. Bu faktlar da təqdim etdiyimiz fotolarda öz əksini tapıb.
Təqdim etdiyimiz faktlarla bağlı bu dəfə dövlət qurumlarının daha ciddi davranacağına ümid edirik.
qaynarinfo.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi