03-05-2016 [15:24]
"Ermənistan ordusunun cəbhə bölgəsindəki təxribatları müharibənin baş vermə ehtimalını daha artırır. Ermənistan hakimiyyəti və ordu komandanlığı 1990-cı illərin əvvəllərindəki taktikanı təkrarlamağa çalışırlar”.
Mia.az AzNews.az-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, o illərdə Ermənistan ordusu Azərbaycanın kəndlərini və rayonlarını bombalayır, bu isə mülki əhali arasında itkilərin sayının artmasına gətirib çıxarırdı: "Digər tərəfdən Azərbaycan ordusu nizamlı deyildi, silahlı birləşmələr müxtəlif siyasi fiqurlara tabe idi. Və həmin siyasi fiqurlar arasındakı gərginləşən münasibətlər silahlı birləşmələrin döyüş əhval-ruhiyyəsinə mənfi təsir edirdi. Kənd və rayonların boşalması da savaşan insanların döyüş ruhuna mənfi təsir edirdi. İndi isə Azərbaycanda vəziyyət tam fərqlidir. Azərbaycanda 24 ildə nizami ordu qurulub, könüllü batalyonlar yoxdur, ordu yalnız müdafiə nazirinin əmrlərinə tabedir. Ordunun silah və sursatı da 1990-cı illərdəkindən qat-qat moderndir”.
E.Şahinoğlu qeyd edir ki, əgər Ermənistan ordusu yaşayış məntəqələrini bombalayırsa, Azərbaycan ordusunun əks-hücuma keçməsi üçün əngəl qalmır: "İkinci ən böyük faktor Ermənistan ordusunun bombardmanlarına baxmayaraq mülki əhalinin yaşayış yerini tərk etməməsidir. Yəni Ermənistan hakimiyyətinin və ordusunun 1990-cı illərdəki "mülki əhalini qorxu altında saxlamaq” strategiyası işləmir. Əksinə,Azərbaycanın rayon və kəndlərinin bombardman edilməsi Azərbaycan ordusunu işğalçı qüvvələrə qarşı yeni əks-hücuma həvəsləndirir. Həm də əgər Ermənistan ordusu yaşayış məntəqələrini bombalayırsa, Azərbaycan ordusunun əks-hücuma keçməsi üçün əngəl də qalmır. Beynəlxalq aləmin, o cümlədən Rusiyanın Azərbaycan ordusunun hücuma keçməsinə mane olması siyasəti zəifləyir. Çünki, atəşkəsin Ermənistan tərəfdən pozulduğu aşkardır”.
Politoloqun fikrinə görə, aprelin 6-da Azərbaycan hakimiyyəti Kremli eşitdi, amma növbəti savaşda Azərbaycan ordusunu atəşkəslə dayandırmaq çətin olacaq: "Bunu torpaqların boşaldılmasıyla bağlı ordudakı və cəmiyyətdəki yüksək əhval-ruhiyyə də sübut edir. Prezident İlham Əliyevin cəbhə bəlgəsinə səfəri və orada mülki əhali və hərbçilər qarşısında verdiyi açıqlamalar ondan xəbər verir ki, Azərbaycan ordusu bu dəfə də işğalçının təxribatlarına böyük əks-hücumla cavab vermək iqtidarındadır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi