03-05-2016 [14:16]
"Devalvasiyanın banklara vurduğu zərərin fəsadları üzə çıxmağa başlayıb. Hökumət də Maliyyə Bazarlarına Nəzarət Palatasının timsalında devalvasiyasının "qurbanlarından” olan Bank Standardı xilas etməyə çalışır".
Mia.az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.
Onun sözlərinə görə, halbuki bundan əvvəl problemin həlli bankların üstünə atılmışdı və dəstək niyyəti müşahidə edilmirdi:
"İlin əvvəldə Mərkəzi Bank sektorda təmizləmə əməliyyatına başlasa da bu proses dayandrıldı. Çünki bağlanmalı banklardan biri də Bank Standard idi. Həmin bankın bəxti sadəcə ona görə gətirdi ki, onun depozit portfeli çox böyük idi. Maliyyə Bazarlarına Nəzarət Palatasının sədrinin dediyi kimi, depozitlərin həcminə görə ölkənin ikinci ən böyük bank idi. Təəssüf ki, depozitin həcmi barədə məlumat verilmir. Ancaq müxtəlif məlumatlara görə, söhbət ən azı 600 milyon manatlıq portfeldən gedir. Artıq həmin dövrdə məlum idi ki, bankın kapitalının həcminin qarşısında sıfırdan kiçik olan riyazi "-” işarəsi yaranıb. Aylar idi əmanətlərin qaytarılmasında problem yaranmışdı. Bank bağlansaydı pulu qaytarmağa nə Əmanətlərin Sığortalanması Fondunun vəsaiti çatardı, nə də bankın özünün.
Əlbəttə biz nəticə sadəcə barədə danışırıq. Problemin belə acınacaqlı vəziyyətə gəlib çıxmasında həm bankın rəhbərliyinin məsuliyyətsiz idarəçiliyinin, həm də hökumətin büdcəni qorumaq məqsədilə atdığı addımlarının rolu var. Bankın risk menecmentini düzgün qurmaması və ardınca hökumətin banklara 2 dəfə devalvasiya "hədiyyəsi” ona gətirib çıxartdı ki, kreditlərin ödənişində problemlər yarandı və bankın kapitalı mənfiyə düşdü".
Bəs, Palatanın bu addımı doğrudurmu?
İqtisadçı bildirir ki, bu addımı lehinə və əleyhinə kifayət qədər dəlilləri sadalamaq olar:
"Əleyhinə olan əsas dəlillər bununla bağlıdır ki, niyə digər banklar yox, məhz bu bank? Niyə kiminsə məsuliyyətsiz və qeyri-şəffaf idarəçiliyinin bədəlini vergiödəyiciləri ödəməlidir? Kim zəmanət verir ki, sağlamlaşdırmadan sonra oxşar vəziyyət yaranmayacaq və həmin bank yenidən hansısa oliqarxın nəzarətinə keçməyəcək? Suallar çoxdur və ən əsası haqlıdır.
Palatanın adımını təqdir edən amillər də var. Bankın sektordakı payından tutmuş əmanətçilərin əmanətlərinin taleyinə qədər olan amillər".
Samir Əliyevin sözlərinə görə, bütün bunlara rəğmən, Palatanın addımını düzgün qiymətləndirir və dəstəyin digər banklara da müxtəlif hədlərdə olacağına ümid edir:
"Ancaq məni narahat edən bundan sonrakı proseslərdir. Palatanın təklif etdiyi 15 milyon manat bankın problemi üçün kifayət etməyəcək. Yarım milyard manatdan çox depozit portfeli olan, ondan da çox kredit portfelinə malik bank üçün bu vəsait müqayisə olunmayacaq qədər azdır. Hökumətin gələcək planı ya aydın deyil, ya da yoxdur. Görünən odur ki, proseslər üçüncü dövlət bankının yaranmasına və ya Beynəlxalq Bankın daha da böyüməsinə doğru gedir. Moratorium götürüldükdən sonra (əgər uzadılmasa) dövlətin banka ayıracağı vəsait mütləq əmanətlərin ödənilməsinə gedəcək. Əmanətçilər bankı tərk edəcəklər, şirkətlər bankı tərk edəcəklər. Bir sözlə, bank getdikcə kiçiləcək
Hər bir halda hökumət bankı tam xilas edə bilməyəcək. Çünki bankın xilası üçün xeyli vəsait tələb edir. Həmin vəsaiti hökumət ödəmək iqtisadrında deyil. Yəqin ki, Beynəlxalq Bank variantı olacaq. Zərərli aktivlər "Aqrarkredit” bank olmayan kredit təşkilatına yönləndiriləcək.
İstənilən halda bankın bundan sonrakı fəaliyyəti çətin görünür. Fikrimcə, hökumətin əsas hədəfi bankın gələcəkdə ləğv edilməsi olmalıdır. Yaxın aylarda niyyət daha aydın görünəcək. Proses isə digər banklarda davam edəcək. Amma yenə də dollarda kredit götürən müştərilərə dəstək verən olmayacaq.
İndi hamını bir sual düşündürür: Beynəlxalq Bank və "Bank Standart"dan sonra növbə kimindir?".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi