Kəmaləddin Heydərovdan hər iki ayağını itirmiş Qarabağ qazisi ilə bağlı göstəriş - Foto

img

03-05-2016 [10:19]


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2014-cü ilin avqustunda cəbhədə gedən döyüşlərdə hər iki ayağını itirmiş keçmiş əsgər Sərxan Tahirzadəni şəxsən qəbul edib, onun problemlərilə maraqlanıb və hər cür şəraitlə təmin olunacağına söz verib.

Modern.az saytına daxil olan məlumata görə, S.Tahirzadə bu günlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) mühasibatlıq şöbəsində müvafiq işlə təmin olunub. Eyni zamanda Bakıda onun üçün ev tutulub. Nazir onun valideynlərinin də həmin evdə yaşamasını təklif edib.

İki gündür Bakıda olduğunu deyən Qarabağ qazisi Sərxan Tahirzadə Modern.az saytına açıqlamasında faktı təsdiqləyib. Şəxsən Kəmaləddin Heydərova təşəkkür etdiyini bildirib.

Lənkəran rayonundan olan Sərxan Tahirzadə 2014-cü ilin avqustunda cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə hər iki ayağını itirib. O, TİKA-nın maddi dəstəyilə Türkiyədə müalicə alaraq, vətənə qayıdıb.
S.Tahirzadə Lənkəranda yaşadığı son vaxtlarda yerli məmurların biganəliyindən narazı idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA