Pasport üçün vacib olan sənədlər - Nazirlər Kabineti dəyişiklik etdi

img

03-05-2016 [09:05]


Nazirlər Kabineti "Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də dəyişiklik edib.

Əsasnaməyə əsasən avtovağzallar (avtostansiyalar) şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşınmasını yerinə yetirən daşıyıcılara və sərnişinlərə xidmət göstərilməsi məqsədi ilə ayrı-ayrı şəhərlərdə və rayonların inzibati mərkəzlərində, habelə sərnişin axını intensiv olan iri nəqliyyat qovşaqlarında təşkil olunur.

Hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportu olmalıdır. Pasport avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün rəsmi sənəd hesab edilir. Avtovağzalı (avtostansiyanı) təşkil edən təsərrüfat subyekti pasport almaq üçün ərizə təqdim etməlidir. Ərizəyə hüquqi şəxslər üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti, fiziki şəxslər üçün şəxsiyyətini təsdiq edən sənədin və vergi orqanında uçota alınması barədə şəhadətnamənin surəti, avtovağzalın (avtostansiyanın) planları, xidməti otaqların planları, minik meydançalarının ümumi planı və avtovağzalın (avtostansiyanın) qısa xarakteristikası əlavə olunur.

Dəyişikliyə əsasən isə bundan sonra ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin də əlavə olunması tələb olunacaq.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA