02-05-2016 [21:13]
Azərbaycan Qadınlarının İKT Klubu - "FEMMES DIGITALES” 28 aprel ADA universitetində ənənəvi olaraq Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilmiş İKT-də Qızlar Beynəlxalq Gününü qeyd edib.
Klubun "Microsoft Azərbaycan” şirkəti ilə birgə "Azərbaycanın Rəqəmsal Qızları: İKT-də parlaq gələcək. Yeni nəsil qadınlar üçün imkanlar” mövzusunda keçirdiyi konfrans Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universitetinin IT və Mühəndislik Məktəbi (SITE), ölkədə fəaliyyət göstərən bir neçə şirkət, eləcə də Azercell Telekom tərəfindən dəstəkləndi.
Konfransdan əvvəl iştirakçılar Azərbaycanda İKT sahəsində uğurlu fəaliyyəti ilə fərqlənən qadınlarla şəxsən ünsiyyət qurmaq imkanı əldə edərək, onları maraqlandıran suallara cavab ala bildilər. Azercell Telekom-un Texnologiyalar Departamentinin direktoru, klubun təsisatçılarından biri olan Xavər Babazadə də gənc xanımlara İnformasiya Texnologiyaları sahəsində karyera tarixçəsindən və bu sahədə çalışmağın özəlliklərindən söhbət açdı.
Tədbir ərzində başlıca müzakirələr Azərbaycan qızları və qadınları arasında informasiya-kommunikasiya texnologiyaları sektoruna dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu sahəyə peşəkar marağın artırılması, yerli biznes sektorunda çalışan İKT şirkətləri və bu sahədə təhsil imkanları yaradan ali məktəblərlə qadınlar üçün akademik və karyera imkanlarının təqdim edilməsi və s. kimi məqamlar olmuşdur.
Konfransda, həmçinin, Azercell şirkətinin Texnologiyalar Departamentinin İnformasiya Xidmətləri bölümünün rəhbəri Ramin Orucov çıxış edərək, qadınların İKT sahəsində rolundan və gündəlik həyatda professional inkişaf və ailə öhdəliklərini bir arada uğurla cəmləşdirməyi bacaran xanımlardan söhbət açdı.
Xatırladaq ki, Azərbaycan Qadınlarının İKT Klubu - "FEMMES DIGITALES” sıralarında Azərbaycanda İKT sahəsi ilə bu və ya digər dərəcədə əlaqəli olan 100-dən artıq xanımı birləşdirən ilk peşəkar təşkilatdır. Klubun yaradılmasında əsas məqsəd müxtəlif görüşlər və praktiki təlimlər vasitəsilə azərbaycanlı qızların və qadınların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq istəklərini artırmaq və bu sahədə onlara dəstək göstərməkdir. İKT sahəsində Azərbaycanın aparıcı şirkətlərindən olan Azercell də bu istiqamətdə gənclərimizə öz dəstəyini göztərməkdə davam edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi