02-05-2016 [20:26]
General-leytenant, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş korpus komandiri Yaşar Aydəmirovun azvision-a müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Ötən gün Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev erməni təcavüzünə məruz qalan cəbhəyanı rayonlara səfər etdi. Ölkə başçısı çıxışında son hadisələrlə bağlı sərt fikirlər səsləndirdi. Ümumilikdə prezidentin hazırki gərgin durumda cəbhə bölgəsinə səfərini necə qiymətləndirirsiniz?
- Ali Baş Komandanın cəbhəyanı rayonlara səfəri zamanı hərbiçilərimizlə görüşü olduqca əhəmiyyətlidir. Ölkə rəhbərinin səfəri hərbçilərimizin ruh yüksəkliyini daha da artıracaq. Eyni zamanda səfər qoşunlardakı real vəziyyətin öyrənilməsi xarakteri daşıyırdı. Odur ki, Ali Baş Komandanın hər bir əmrinə hazır olmalıyıq.
- Hazırki durumda müharibə ehtimalı varmı?
- Hesab edirəm ki, Ali Baş Komandan hər an müharibə əmri verə bilər. Bildiyimiz kimi son zamanlar ermənilər yaşayış məntəqələrini atəşə tuturlar. Bu hal davam edərsə, sözsüz ki, ordumuz onları yerinə oturdacaq. Bütün silah növləri ilə düşmənə sərt cavab veriləcək. Bu isə müharibənin hər an başlaya biləcəyi ehtimalını artırır.
- Aprel döyüşlərindən sonra Serj Sarkisyan üç generalı vəzifəsindən qovdu. Ermənistan rəhbərinin bu addımı ölkəsinin son döyülərdəki məğlubiyyəti ilə əlaqələndirilir. Bu haqda nə deyə bilərsiniz?
- Müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan, rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Miradyan, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyanın qovulması qeyd olunan sahələrdə ciddi problemlərin olduğunu göstərir.
Aprel döyüşlərində erməni ordusunun idarə edilməsində rabitə əlaqəsi ciddi problemlər yaratdı. Bundan əlavə maddi-texniki təminat baxımından da nöqsanlar mövcuddur. Həmçinin deyə bilərəm ki, Ermənistan ordusunun kəşfiyyat məsələsində də problemlər yaşanır. Dəfələrlə onlar bizim arxa mövqelərimizə keçməyə çalışıblar. Ancaq ermənilərin bu cəhdləri heç bir nəticə vermədi. Əksinə, düşmən xeyli itki verdi. Hesab edirəm ki, 3 generlın işdən qovulması da bu problemlərlə bağlıdır.
- Ermənistanın sabiq baş naziri bu yaxınlar bəyan etdi ki, onların guya atom bombaları var. Nə fikirlər nə dərəcə realdır?
- Ermənilər Suriyadan və başqa ölkələrdən muzdlular gətirəcəklərini deyirlər. Eyni zamanda bildirirlər ki, xaricdən qadın snayperlər də orduya cəlb ediləcək. Bunların sayaqlamaları o həddə çatıb ki, Ermənistanda atom silahlarının olduğunu bəyan edirlər. Təbii ki, bunlar yalandır. Maraqlıdır ki, ermənilər bunu hansı pulla edəcəklər? Dilənib aldıqları qəpik-quruşla?
- Bir qədər öncə müharibənin başlama ehtimalının yüksək olduğunu qeyd etdiniz. Müharibə başlayarsa, Ermənistan silahlı qüvvələri ordumuzun qarşısında neçə gün tab gətirə bilər?
- Azərbaycan ordusu kəskin hücuma keçsə, ermənilər yerlərində durmayacaqlar. Ordumuz bir neçə yaşayış məntəqəsini aldıqdan sonra ermənilər kütləvi surətdə qaçmağa başlayacaqlar. Ona görə də düşmən Azərbaycan ordusunun qarşısında bir neçə gündən artıq tab gətirə bilməz. Ordumuz müharibəyə tam hazırdır. Ali Baş Komandan əmr versə, bir neçə günə Qarabağı azad edərik.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi