ilham Əliyev Şirvan zəhərində səfərdədir

img

01-04-2010 [02:10]


Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Şirvan şəhərinə səfərdə olub. Dövlət başçısı əvvəlcə şəhərin Heydər Əliyev meydanında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoyub. O, meydanda aparılan abadlıq və quruculuq işləri ilə tanış olub. Məlumat verilib ki, mühüm tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan bu meydanda əsaslı yenidənqurma işləri aparılıb. Burada iki işıqlı fəvvarə kompleksi inşa edilmiş, 22 metr hündürlüyündə Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb. Şəhər sakinlərinin istirahəti üçün lazımi şərait yaradılıb. Şirvan şəhər ictimaiyyəti qarşısında çıxış edən dövlət başçısı Müdafiə Sənayesi Nazirliyinin ?Araz? Zavodunun açılışında olub. Prezidentin Şirvan Olimpiya Kompleksinin təməlqoyma mərasimində iştirakı və ?Cənub? İstilik Elektrik Stansiyasının tikintisinə də baş çəkəcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA