02-05-2016 [17:13]
Bu tibb ocağı ölkəmizdə səhiyyə islahatları çərçivəsində yaradılan və ən müasir standartlara cavab verən ilk müalicə diaqnostika mərkəzlərindən biridir. Düşmənin dinc əhalini hədəfə alması nəticəsində Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini – Zahid Rəhimov, Elgiz Qarayev və Anar Abdullayev burada müalicə olunurlar. Dövlətimizin başçısı və xanımı onların vəziyyəti ilə maraqlandılar və tezliklə sağalmalarını arzuladılar.
Prezident İlham Əliyev:Necəsiniz? Həkimlər sizə yaxşı baxırlar. Mənə məlumat verirlər ki, sizin vəziyyətiniz yaxşılaşıb. Yaxşı müalicə alırsınız. Əminəm ki, tezliklə buradan çıxıb evinizə qayıdacaqsınız. Mən gəlmişəm ki, sizi görüm, öz sözümü deyim. Siz erməni silahlı təxribatından əziyyət çəkmisiniz. Görürsünüz ki, onlar mülki əhaliyə qarşı müharibə aparırlar. Evlər dağılır, insanlar həlak olur, mülki şəxslər yaralanırlar. Bu, hərbi cinayətdir. Ermənilər döyüş meydanında məğlub olurlar, mülki əhaliyə atəş açırlar.
Yaralı:Cənab Prezident, diqqətinizə görə təşəkkür edirik.
Prezident İlham Əliyev:Tezliklə sağalacaqsan, hər şey yaxşı olacaq. Eşitmə qabiliyyətin bərpa olunacaq.
Yaralı:İnşallah.
Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev: Cənab Prezident, ali təhsilli həkim-stomatoloqdur.
Prezident İlham Əliyev:Hansı kənddənsən?
Yaralı:Ağdam rayonunun Çəmənli kəndindənəm.
Prezident İlham Əliyev:Bir qədər əvvəl oradan keçmişəm.
Həkim:Qapalı kəllə-beyin zədəsi diaqnozu qoyulub. İndi vəziyyəti orta ağırdır. Nisbətən yaxşılaşıb.
Yaralı: Cənab Prezident, Siz bizim arxa-dayağımızsınız. İnşallah, sağalıb kəndimizə qayıdarıq.
Prezident İlham Əliyev:İnşallah, tezliklə sağalıb normal həyata dönəcəksən. Mən indi sənin qonşularınla görüşmüşəm. Ağdamlılar hamısı bir nəfər kimi möhkəm dayanıblar, möhkəmdirlər.
Yaralı:Sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev:Siz də Çəmənli kəndindənsiniz?
Yaralı:Bəli.
Vidadi İsayev:Aprelin 27-dən 28-nə keçən gecə gətiriliblər. Gələndə birinin vəziyyəti çox ağır, ikisinin vəziyyəti isə orta ağır idi. Əməliyyat olundular, indi gündəlik müalicə alırlar.
Prezident İlham Əliyev: Gecə oldu, evdə oturmuşdunuz?
Yaralı:Həyətə çıxmışdıq. Güclü atəş açdılar. Mərmi təxminən 20-30 metrlikdə yerə düşdü, qəlpə dəydi. Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzulayırıq. Allah Sizi qorusun. Gün o gün olsun ki, doğma torpaqlarımızda bayrağımız dalğalansın. Biz həkimlərimizə də uzun ömür, cansağlığı arzulayırıq. Allah onların da köməyi olsun.
Prezident İlham Əliyev:Həkimlər sizə yaxşı baxırlar. Gözəl şərait yaradılıb. Bərdə Müalicə-Diaqnostika Mərkəzi 2008-ci ildə istifadəyə verilib. Ölkədə ilk tikilən diaqnostika mərkəzlərindən biridir. Burada şərait yaxşıdır. Həkimlər də sizə yaxşı baxırlar. Tezliklə sağalacaqsınız, evlərinizə qayıdacaqsınız.
Yaralı:İnşallah. Sağ olun. Allah Sizi, bütün əsgərlərimizi qorusun.
Prezident İlham Əliyev:Sağ olun. Allah şəfa versin.
Prezident İlham Əliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzinin kollektivinə yaralılara yüksək səviyyədə xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi