“Azercell” şəbəkə probleminin səbəbini açıqladı

img

02-05-2016 [16:25]


"Azercell Telekom" MMC adıçəkilən mobil operatorun şəbəkəsində yaranan problemlərə aydınlıq gətirib.

"APA-Economics"in sorğusuna cavab olaraq mobil operatordan bildirilib ki, şirkət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar mayın 2-dən saaat 11:30-11:50 radələrində Bakı şəhəri Binəqədi və Xətai rayonlarının ərazilərində mövcud olan telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən bəzi 3G stansiyaların əhatə dairəsində xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkün idi: "Təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra bu istiqamətdə tam normal əsaslarla fəaliyyət göstərilməsi imkanı təmin edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA