02-05-2016 [15:20]
Azərbaycanda ikinci əl avtomobil bazarında qiymətlər artmağa başlayıb. Avtomobil satıcılarının sözlərinə görə, son 10 gündə avtomobil satışlarında canlanma yaranıb. İkinci əl avtmobillərə tələbatın artması isə qiymətləri xeyli artırıb.
"2 ay sata bilmədiyim bahalı maşınları 2 günə satdım”
Avtomobil satıcısı Ramin Quliyev fins.az-a bildirib ki, mart ayında bir həftədə cəmi 1-2 avtomobil satmaq mümkün idisə, hazırda 4-5 avtmobil satmaq olur: "24 və 35 min dollara iki avtomobilim var idi. Neçə ay idi ki, sata bilmirdim. İki gündə hər ikisini satdım”. Onun sözlərinə görə, hazırda bazarda 12-18 min manat avtmobilllərin satışı ilə bağlı heç bir problem yoxdur. Bu avtomobillər dərhal alınır. Hətta bəzi hallarda alverçilər bu qiymətə olan avtomobil tapa bilmirlər.
Eləcə də bax: Bakıda ucuz qiymətə "BMW” satılacaq
İkinci əl avtomobillər 10-15 % bahalaşdı
Satışlarda yaranan canlanma, daha çox tələbat olan avtomobilin bahalaşmasına səbəb olub. Belə ki, ikinci əl avtmobil bazarında qiymətlər 10-15 %-ə artıb. Bahalaşma avtomobillərin bazar qiymətindən aslı 200 manatdan 10 min manata kimi dəyişir.
"KİA” və "Hyundai”lər 1000-4000 manat bahalaşdı
Avtomobil satıcıları bildirirlər ki, hazırda bazarda daha çox satılan istehsal tarixi 2005-ci ilə kimi olan "Mercedes” avtomobilləri,2008-ci ildən yuxarı isə "Hyundai”, "Kia”, "Toyota”, "Nissan” avtomobilləri daha çox bahalaşıb. "KİA” və "Hyundai” modelləri 1000-4000 manat bahalaşıb.R.Quliyevin sözlərinə görə, mart ayında 10500-10700 manata satılan 2012-ci il model "KİA Rio” hazırda 11500-11700 manata satılır. 2014-cü il model "KiA Sportage” 14-16 min manatdan 18-20 min manata kimi bahalaşıb. "Hyundai” avtomobillərində isə daha çox satılan "Accent”, "Elantra” və "İX 35” modelləri bahalşıb. Məsələn, əvvəl 15 min manata satılan 2013-cü il model "Elantra” indi 16 000-16 500 manata, 20 min manata satılan 2014-cü il model "İX35” avtomobili isə 22-24 min manata satılır.
Eləcə də bax: Azərbaycanda satılan ən ucuz – 10 AVTOMOBİL - SİYAHI
"Toyota”lar- 4 -7 min manat
"Toyota” avtomobillərində isə daha çox "Prado” modelləri bahalaşıb. Məsələn, bir neçə ay əvvəl satılmadığına görə qiymətləri ucuzlaşan 2.7 mühərrikli 2008-ci il model "Prado” 14 min manatdan 18 min manata kimi bahalaşıb. R.Quliyev bildirib ki, manatın ucuzlaşması zamanı avtomobil alverçiləri satılmayan "Prado”ları xeyli ucuz qiymətə alırdılar. Məsələn, 50 min dollarlıq avtomobil 35 min dollara satılırdı. İndi həmin alverçilər də tələbatın artmasına görə bu avtomobilləri 40 min dollara satırlar. Nəticədə alıcı eyni avtomobili salondan 50 min dollara deyil, alverçidən 40 min dollara almağa üstünlük verir.
"Nissan Maxima” 10 min manat bahalaşdı
Satıcıların sözlərinə görə, bəzi "Nissan” avtmobillərində də qiymətlər artıb. Yanacaq sərfinə və möhkəmliyinə görə daha çox alınan "Nissan Sunny”lər 500 manat bahalaşıb. Məsələn, 2008-ci il model 1.3 l mühərrikli "Sunny”nin qiyməti 5500 manatdan 6000 manata kimi artıb. R.Quliyevin sözlərinə görə, ən böyük qiymət artımı isə "Maxima” modelində müşahidə edilir. Salonda 70 min manat satılan avtomobili alverçilər də bahalaşdırıb. Belə ki, əvvəllər 40 min manata satılan 2014-cü il model "Maxima”nın indiki qiyməti 50 min manatdır.
"Mercedes”lər 500 manat, rus maşınları 300 manat bahalaşıb
Köhnə "Mercedes” və rus avtomobillərinin qiymətində də artım müşahidə edilir. Amma digər markalarla müqayisə qiymət artımı o qədər də yüksək deyil. R.Quliyev sözlərinə görə, əvvəl 6500 manata satılan istehsal tarixi 2001-ci ilə qədər "Mercedes C Class” 7 min manata satılır. Rus avtomobillərinin isə bütün moellərində qiymətlər artıb.
Avtomobil salonları qiymətlərə təsir edir
Avtomobil ekspertləri bildirirlər ki, əhalidə alıcılıq qabiliyyətinin artması ilə yanaşı bahalaşmanın digər bir səbəbi də var. Belə ki, ölkəyə son bir neçə ayda gətirilən təzə avtomobillərin sayı kəskin azalıb. Məsələn, ötən il bir ayda ölkəyə 10 mindən çox yeni avtmobil gətirilirdisə, hazırda bu rəqəm 1300-ə yaxındır. Nəticədə avtomobil salonları yeni avtmobillərin qiymətini artırırlar. Bu isə ikinci əl avtomobil bazarına da təsir edir. R.Quliyev bildirib ki, alverçilər də salonların qiymətinə uyğun olaraq avtomobilləri bahalaşdırırlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi