Ekologiya nazirliyi xəbərdarlıq edir; yağız yağacaq, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var

img

01-04-2010 [11:59]


gn=left]2010/yagis-1.jpg[/libt] Bir neçə gün ərzində ölkə ərazisində buludlu yağmurlu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyinin sürəti 9-14 m/s olacaq, arabir 16 m/s-dək güclənəcək, gündüz şimal-qərb küləyinin sürəti 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Aprel 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 12-15 dərəcə isti olacaq. Aprel 3-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam tutqun olacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyinin sürəti 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 12-15 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında aprel 1-də hava şəraitinin yağışlı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, axşam və gecə bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək. Aprelin 2-3-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, ayrı-ayrı şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyinin surəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək. Nazirlik qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, ölkə ərazisində aprelin 2-dək yağışın bəzi yerlərdə intensiv olacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA