Hacı Məmmədov DTX-nın təcridxanasından köçürüldü - Müalicə müəssisəsinə

img

02-05-2016 [14:39]


Uzun müddətdir ki,  ləğv edilmiş Milli Təhlükəsizilik Nazirliyi və indiki Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasında saxlanılan ömürlük cəzaya məhkum edilmiş sabiq polis polkovniki Hacı Məmmədov  səhətində yaranan  problemlə bağlı dünən axşam saatlarında Penitensiar Xidmətin tabeçiliyində olan, Binə qəsəbəsində yerləşən Vərəmli Məhkumlar Üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb.

Bu barədə məlumatı Azinforum.az İnformasiya Portalına tanınmış jurnalist Fərməz Novruzoğlu verib. Onun sözlərinə görə, hazırda Penitensiar Xidmətin həmin müəsissəsi gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Azinforum.az Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi ilə əlaqə saxlayıb.

 Qurumdan bizə bildirdilər ki, mövcud qanunvericilik cəzani icra edən orqana məhkumların tənbeh almaları, yerdəyişmələri barədə məlumatı KİV-lərə açıqlamanı qadağan edir. Adətən bu cür məlumatları tanınmış məhkumların razılığı ilə  ailə üzvləri və ya vəkilləri  ictimaiyyətə açıqlayır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA