02-05-2016 [10:53]
Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların bərpa olunacağı təqdirdə Azərbaycanın Ermənistanla ərazi mübadiləsinə getməsi də mümkün sayılır.
Bəzi təhlilçilər hesab edir ki, İrəvan Dağlıq Qarabağdakı ermənilərlə birbaşa əlaqə yaradılması üçün dəhliz tələb etdiyi halda, Azərbaycan da blokada şəraitində yaşayan Naxçıvanla quru yolunun açılmasını, bu səbəbdən Mehridən keçməklə ona dəhlizin verilməsini tələb etməlidir.
Bu, Ermənistan üçün intihara bərabər razılaşma olardı. Çünki erməni rəhbərliyi də etiraf edib ki, Mehridən İrana açılan pəncərə onlar üçün nəfəslik rolunu oynayır və əgər birinci Qarabağ savaşında bu nəfəslik olmasaydı, Ermənistan boğulardı. Bəs, bu məsələ müzakirə predmeti ola bilərmi?
Milli Məclisin sədr müavini Bahar Muradova bunu mümkün sayır: "Bu məsələ vaxtilə qalxmışdı. Hesab edirəm ki, bu arqumentin də ciddi bir əsası var. Əgər biz doğrudan da məhdud sayda ermənilərin yaşadığı Dağlıq Qarabağla Ermənistan arasında ”Laçın dəhlizi" deyilən bir dəhlizin olmasına danışıqlar prosesində etiraz etməmişiksə, bunun gələcəkdə mümkünlüyünü qəbul ediriksə, nədən Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında Mehridən belə bir dəhliz olmasın?
Ancaq B.Muradova xüsusi vurğuladı ki, "Laçın dəhlizi”nin Ermənistana yol kimi nəzərdə tutulması Aazərbaycanın o ərazisindən imtinası anlamına gəlməməlidir: "Bu, qarşılıqlı istifadə üçündür və yenə də Azərbaycan ərazisidir. Yəni yalınız Ermənistanın istifadəsində ola biləcək ərazi ola bilməz. Belə çıxmasın ki, bu dəhliz olacaq və hər iki tərəfdən erməni əsgərləri dayanacaq, bizi oraya yaxın buraxmayacaq. Belə şey mümkün deyil. Əgər biz münaqişənin həllindən sonra normal qonşuluq münasibətləri, diplomatik münasiobətlər, gediş-gəlişi nəzərdə tuturuqsa, bu yol elə o əlqələri təmin etməyə daha yaxşı xidmət edə bilər”.
İlin sonunda kimi 5 rayonun azad olunacağı barədə Rusiya ekspertlərinin verdiyi proqnozlara rəğmən, cəbhədə fərqli situasiya müşahidə olunur. Bu situasiya nə vəd edir?
Xanım vitse-spiker konkret fikir bildirməyin çətin olduğu qənaətindədir: "Bu müddət ərzində o qədər proqnozlar vermişik ki. Mən hansısa qəti proqnoz verməyin əleyhinəyəm. Amma bu kimi fikirlərin səslənməsini məqbul sayıram - hətta onlarda bizim maraqlarımıza zidd olan məqamlar olsa belə. Hər kəs münaqişənin həlli üçün öz istəklərini, düşüncələrini, məqbul bildiklərini həqiqət kimi qələmə verməyə çalışır. Amma bu, həm də məsələnin gündəmdə olmasını təmin edən cəhətdir”.
Aprel toqquşmaları bir daha sübut etdi ki, münaqişədə yalnız iki tərəf var və Dağlıq Qarabağ yalnız oyuncaq rolunu oynayır. Azərbaycan parlamenti əlahiddə Qarabağ müzakirələri keçirib xalqın və dövlətin ümumi mövqeyi ilə bağlı qərar qəbul etməyi planlaşdırırmı?
B.Muradova: "Parlamentdə hər zaman bu məsələyə münasibət bildirilib. Azərbaycan parlamenti qapalı şəkilsdə yalnız Azərbaycan prezidentinin də razılıq verdiyi, həll üçün məqbul variant hesab etdiyi həll variantını müzakirə etməyə yığışmalıdır. Bizə misal gətirirlər ki, Ermənistan qapalı iclas keçirdir. Ermənistan haqsız tərəfdir, işğalçıdır, qonşu dövlətin ərazisini hər gün güc tətbiq etməklə qeyri-qanuni olaraq işğal altında saxlayır. O bilir ki, əvvəl-axır bu torpaqlardan çıxmalıdır. Üstəlik, bilir ki, daha böyük güzəşt onlar tərəfdən olmalıdır və onlar mövqelərini dəyişməyə məcburdur”.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi