"Bakı Marafonu 2016": - Qaliblər müəyyənləşdi (FOTOLAR)

img

01-05-2016 [20:22]


Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan "Bakı Marafonu 2016"-ya start verilib.

Həmyerlimiz Namiq Əsədov Bakı Marafonu 2016-da finişə birinci gəlib.

İkinci yeri Gürcüstan vətəndaşı Georgi Dameniya, üçüncü yeri isə Tural Sadıxlı tutub.

Qadınlar arasında isə finiş xəttini birinci Rahidə Aslanova keçib. İkinci yeri Bakıda yaşayan Böyük Britaniya vətəndaşı Nataşa Peterson, üçüncü yeri Rəqsanə Rəcəbli tutub.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

Ümumilikdə, şəhər sakinlərinin, qonaqların qoşulduğu Bakı Marafonu 2016-da iştirak etmək üçün 3621 nəfər qeydiyyatdan keçib.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək. 








Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA