08-03-2016 [17:22]
Azərbaycanın yüngül atletika üzrə yığmasının keçmiş baş məşqçisi Metin Sazak Efiopiyada və İsveçdə axtarışa verilib.
Mia.az virtualaz.org-a istinadən xəbər verir ki, isveçlilər bir neçə il öncə ölkəmizdə çalışmış 43 yaşlı türk mütəxəssisi 1500 metr məsafəyə qaçışda dünya və Avropa çempionu Abebu Areqavinin dopinqlə təchizatında ittiham edirlər. Bu günlərdə İsveçin Rio Olimpiadasındakı əsas ümidlərindən biri olan bu atletin qanında qadağan olunmuş maddə sayılan mildronat aşkar olunub.
İsveç bayrağı altında çıxış edən 25 yaşlı Efiopiya əsilli idmançı qız İsveç yüngül atletika federasiyası tərəfindən bütün yarışlarda iştirakdan kənarlaşdırılıb. Əgər "B” dopinq-testi də müsbət nəticə verərsə, onu idmandan 8 illik kənarlaşdırılma cəzası gözləyə bilər.
Əllərində bunun üçün əsas olan isveçlilər hesab edirlər ki, dünya çempionuna mildronatı Metin Sazak "yedirirmiş”. İsveçin "Expressen” nəşri yazır ki, türk qadağan olunmuş bu maddənin bir dozasını 7600 İsveç kronuna, başqa sözlə, 810 avroya satırmış.
Efiopiyanın özündə də Metin Sazakı axtarırlar. Çünki bu ölkənin də 3 idmançısı eyni maddədən istifadə etməkdə günahlandırılıb. Həbəşlərin fikrincə, burada da məsələnin arxasında Metin Sazak durur.
Bəs bu türk kimdir?
Sazak əvvəllər uzun məsafələrə qaçışda ixtisaslaşmış atlet olub, karyerasını başa vurduqdan sonra isə məşqçi kimi Türkiyədə və Azərbaycanda çalışıb. Efiopiya ilə də yaxşı əlaqələri olub.
Metin Sazakın "Facebook” sosial şəbəkəsindəki səhifəsində qeyd olunanlara inansaq, hazırda o, Minskdə yaşayır. Onunla bağlı bu da məlumdur ki, Sazak dağ idmanı üzrə dəfələrlə Avropa çempionu Ahmet Arslanın məşqçisidir.
Azərbaycanda isə Sazak bir neçə il əvvəl işləyib. Onun bilavasitə iştirakı ilə 2009-cu ildə beş efiopiyalı idmançı Azərbaycana dəvət olunub və onlara bizim ölkənin vətəndaşlığı verilib. Azərbaycan pasportlarında onların həbəş soyadları azərbaycanlılaşdırılıb. Məsələn, Hayle Desta Haqos – Hayle İbrahimov, Cenbete Tilahun Vorku – Tilahun Əliyev, Abelav Layeş Tige – Layeş Abdulayeva, Gemeqa Gezasin Hunduma – Gezasin Səfərova, Xurssa Mare Dibaba isə Mare İbrahimova olublar.
İndi bu beşlikdən yalnız Hayle İbrahimov milli komandamızın tərkibində çıxış edir. İnanmaq istərdik ki. onun dopinqlə əlaqədar heç bir problemi olmayacaq və ölkəmizi yayda Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında təmsil edə biləcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi