30-04-2016 [22:21]
Azərbaycan hakimiyyətində yüksək vəzifə tutan bir çox şəxslər üçün maddi marağın – pul və sərvətin, cah-cəlallı həyatın millət və dövlət maraqlarından daha üstün tutulması faktı artıq hər kəs tərəfindən etiraf olunan acı gerçəklikdir.
Əyləşdiyi dövlət vəzifəsinin hesabına qısa müddət ərzində milyonların sahibi olmuş istənilən səlahiyyətli məmurumuzun şəxsi əlaqələrini və biznes təmaslarını ötəri araşdırmaq kifayət edir ki, onun Qədim Roma əyanlarına məxsus həyat tərzini xatırladan dəbdəbəyə necə nail olduğunun sirrini biləsən.
Ən təhlükəlisi isə odur ki, cəzasızılıq və "yuxarıdan arxayınçılıq” şəraiti get-gedə bu ənənənin daha geniş yayılmasına, hətta cinayətkarlığa qarşı mübarizə aparmalı olan orqanlarımıza da sıçramasına və hüquq-mühafizə sistemində xərçəng xəstəliyi kimi kök atmasına gətirib çıxarıb. Çox uzatmadan, aşağıda sizə təqdim edəcəyimiz bircə fakt təkcə bu təhlükənin miqyasını yox, həm də arxayınçılığın – etdiyi əmələ görə cəzalandırılmayacağına əminliyin həddini anlamaq üçün, bizcə, hələlik yetərlidir…
Beləliklə, Azpolitika.info-nun əldə etdiyi məlumata görə, baş nazirin sabiq müavini Abbas Abbasovla Rusiya, Türkiyə və Dubayda biznes ortaqlığının aşkarlanması səbəbiylə bugünlərdə adı yenidən mətbuatın diqqətinə düşən DİN-in Baş Dövlət Yol Polisi idarəsinin İmtahan-qeydiyyat şöbəsinin rəisi, polis polkovniki Müşfiq Rəhimovun bu dəfə daha bir sensasion əlaqəsi üzə çıxıb.
Məsələnin bizə çatan qısa təfərrüatı belədir: son günlər hüquq-mühafizə orqanları Azərbaycanda böyük bir silahlı "razborkaya” hazırlaşan iki nüfuzlu "qanuni oğru” –"Rövşən Lənkəranski” və "Lotu Quli”nin tərəfdarlarına qarşı irimiqyaslı əməliyyatlara başlayıblar və bu əməliyyatlar zamanı 50-dən çox kriminal aləmlə bağlantısı olan şəxs saxlanılıb.
Həmin şəxslərin, xüsusən də "qanuni oğru” "Rövşən Lənkəranski”ylə birbaşa əlaqəsi olanların avtomobillərinin hamısının eyni seriyalı və qoşa nömrələr (99 -**-999; 90 -**- 999; 90-**-099; 99-**-099) olması faktları dərhal polis və prokurorluq orqanlarının diqqətini çəkib.
Bu nömrələrin necə əldə edilməsinin iziylə gedən istintaqçılar qısa zaman ərzində müəyyən ediblər ki, prosesdə əsas fiqur Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinin rəisi, polis polkovniki Müşfiq Rəhimovdur.
Bizə çatan məlumatlara görə, həbs edilən kriminalların ilkin dindirilməsi zamanı bu nömrələrin təkcə külli miqdarda pul qarşılığında (Deyilənə görə, belə nömrələrin qiyməti, təxminən, 50-70 min manat arasında dəyişir-R.Ə.) deyil, həm də Müşfiq Rəhimovla Rövşən Lənkəranski arasında mövcud olan "köhnə dostluq münasibətləri” hesabına əldə edildiyi müəyyənləşdirilib.
İlk günlər bu faktın aşkarlanmasının hüquq-mühafizə orqanları arasında böyük çaşqınlığa səbəb olduğu və bəzi şəxslərin bu hadisəni ört-basdır etməyə çalışdığı bildirilsə də, artıq məsələnin "dar çərçivədən” çıxdığı və DİN rəhbərliyinə, həmçinin Prokurorluğa və Prezident Administrasiyasına məruzə edildiyi söylənilir. Gözlənilir ki, məhz "daha yuxarılar”ın diqqətini çəkdiyindən yaxın günlərdə DYP polkovnikindən bütün bunların hesabı sorulacaq…
Məlumat üçün bildirək ki, bir müddət əvvəl mətbuatda Müşfiq Rəhimovun artıq ləğv edilmiş MTN-in sabiq baş idarə rəisi, kriminal aləmlə geniş bağlantılara malik Akif Çovdarovla da isti əlaqələrinin olduğu haqda informasiyalar yayılmışdı.
Hazırda M.Rəhimovla bağlı əlimizdə bu səpkili, ancaq dəqiqləşdirilməsi gərəkən daha sensasiyalı informasiyalar da var və onlarla bağlı araşdıma başa çatdıqdan sonra yenidən mövzuya qayıdacağıq…
R.Əliyev
AzPolitika.info
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi