30-04-2016 [16:02]
Bakının Sabunçu rayonu ərazisində evlərin sökülməsi sakinlərin ciddi narazılığı ilə müşayiət olunur.
Mia.az saytı xəbər verir ki, "Azadlıq" radiosu Ramanadakı evi sökülən sakinlərə baş çəkib.
"Bu ayın əvvəli İcra Hakimiyyətindən gəlib tələb etdilər ki, tikintini dayandıraq. Mən bildirdim ki, 2 ildir burda tikinti gedir, tikintiyə razılıq olmasaydı, daşı daş üstünə qoya bilməzdik. İndi ev hazır olub, niyə dayandıraq ki? Mənim də evimi söküblər. Özləri icazə vermişdilər, gözlədilər, tikdim, üstünü örtdüm, 3 ilə tikdiyim evi traktorları töküb 15 dəqiqədə şumladılar. Mənə çox pis təsir etdi. Ancaq iki gündən sonra eşidəndə ki, məndən bir az o tərəfə Qarabağda döyüşən bir hərbçinin də evini söküblər, ağladım. Öz dərdimi unutdum. O kişi həmin vaxt Talış kəndi uğrunda vuruşurdu, kəndi alandan sonra xəbər tutmuşdu ki, Ramanadakı evi sökülüb".
Təəssüflə danışan Murad Daşdəmirovdur. Sökülmüş 4 otaqlı evinə görə köks ötürməyə macal tapmamış aprelin əvvəlində qonşuluqdakı bir növbəti söküntü onu möhkəm sarsıdıb. Səbəbsə sökülən evin sahibinin həmin vaxt Dağlıq Qarabağda qızışan döyüşlərdə olması imiş.
"2 min 500 manat ver"
Ramanada yeni yaşayış massivində Sabunçu rayon icra hakimiyyətinin işçiləri onlarla evi söküblər. Bu evlərdən biri tank komandiri Cavid Çobanovun olub. Hərbçi özü döyüş bölgəsində olduğundan evin tikinti işləri ilə qardaşı Coşğun Çobanov məşğul olurmuş.
Coşğun baş verənlərdən həyəcanla danışır:
"Adamlar ön cəbhədə torpağı ermənidən birtəhər qorumağa çalışır, vay o gündən arxa cəbhədə torpağına məmur girə, onlarla bacarmaq mümkün deyil. Mən qardaşım üçün o evin tikintisi ilə 2013-cü ildən məşğul olurdum. Arada imkansızlıqdan tikinti işlərini dayandırdıq. Sonra yenə davam etməyə başladıq. Ev hazır idi. Bu ayın əvvəli icra hakimiyyətindən gəlib tələb etdilər ki, tikintini dayandıraq. Mən bildirdim ki, "2 ildir burda tikinti gedir, tikintiyə razılıq olmasaydı, daşı daş üstünə qoya bilməzdik. İndi ev hazır olub, niyə dayandıraq ki?" Təklif elədilər ki, "gedək icra hakimiyyətinə, Fərid müəllimə 2 min 500 manat ver, gəl işini davam elə”.
"İnanmadim sökərlər"
Təklif qəbul olunmayıb. Coşğun Çobanovun deməsinə görə, qurumun işçilərinin gedərkən «zəhmət çəkmə, bir azdan gəlib sökəcəklər» deməsinə inanmayıb:
"Dedim, "a kişilər, bu evin sahibi bu dəqiqə cəbhə xəttində döyüşdə can qoyur. Adamın uzun illərdir qalmağa yeri yoxdur, ümid edir ki, odun-alovun içindən tikdirdiyi evinə qayıdacaq. Necə yəni sökürük?" Qardaşım cəbhə xəttində olduğundan onunla heç cür əlaqə saxlaya bilmədim. Düzü, evi sökəcəklərinə inanmırdım".
Ancaq bu baş verib. Ağır texnika gəlib və evi söküb:
"Həmin Fərid adlı şəxs başının dəstəsi ilə gəldi, traktorlar da gətirmişdilər. Dedim, "heç olmasa bunu indi etməyin, imkan verin, ara sakitləşsin, qardaşım qayıdıb gəlsin, özü ilə məsləhətləşin". Dedilər, "ya 2 min 500 manat, ya da sökülür"”.
"Niyə göz yumulub"
Sabunçunun icra hakimiyyətindən "Qaynar xətt"ə bildiriblər ki, sökülən evlər kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilibmiş. Ancaq «saysız-hesabsız evlərin tikintisinə qurum bu günədək niyə göz yumub», bu suala cavab tapılmadı. Qurumdan Coşğun Çobanovdan rüşvət istənildiyini də təkzib ediblər: «Qanun hamı üçün qanundur. Hərbçi də, həkim də, müəllim də - hamımız qanun qarşısında bərabərik».
Qurumdan deyiblər ki, onlar üstü bağlı ev yox, yarımtikili söküblər:
"Söküntü aparılan ərazidə torpaqlar, doğrudan da, kənd təsərrüfatı təyinatlıdır, torpaqları alan vətəndaşlara Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti tərəfindən 99 illik müqavilə əsasında çıxarışlar verilib. Ərazidə sökülməyən və söküntüsü gözlənilməyən yüzlərlə ev var ki, onlar da eyni təyinatlı torpaqlar üzərində tikilib".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi