"Kompleks tədbirlər görülür" - İlham Əliyev

img

29-04-2016 [18:16]


"Son illər ölkədə 500 xəstəxana və tibb ocağı tikilib. Bu onu göstərir ki, Azərbaycanda sosial məsələlər uğurla həll olunur”.

Azərbaycan prezidenti İlham Əliyev bunu Ağsu rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, ölkəmizin qüdrətinin artırılması istiqamətində işlər davam etdirilir: "İndi ənənəvi istehsal sahələrinin inkişafı qarşıda duran əsas vəzifələrdən biridir. Təsadüfi deyil ki, indi Ağsu da daxil olmaqla, ölkədə pambıqçılığın, baramaçılığın inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Ağsunun sosial-iqtisadi inkişafı hər zaman diqqətdə saxlanılır və bu proses davam etdiriləcək”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA