“Azərbaycan Ordusu döyüş bacarığı olduğunu göstərdi” – General

img

29-04-2016 [16:20]


Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev ölkəmizin Rusiyadakı səfirliyində 90-cı illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş ehtiyatda olan polkovnik-leytenant Sergey Uvarovu "Hərbi xidmətlərə görə" dövlət mükafatı ilə təltif edib. 

K.Vəliyev qeyd edib ki, S.Uvarov Azərbaycan Silahlı Qüvvələrində xidmətinə görə bu mükafata layiq görülüb: "Azərbaycan Ermənistan tərəfindən təcavüzlə qarşılaşıb. Müharibə vaxtı Azərbaycanda xidmət keçənlərin əksəriyyəti hərbçi yoldaşlarına qoşularaq Azərbaycan xalqı ilə birlikdə ölkəmizin müstəqilliyini və bütövlüyünü qoruyublar. Hazırda Azərbaycan bir çox xalqlar üçün Vətəndir".

S.Uvarov göstərilən diqqətə görə təşəkkür edib, hərbçi yoldaşlarını və xidmət illərini xatırlayıb: "Şadam ki, hazırda Azərbaycan və Rusiyanın mehriban münasibətləri var. Bu, ölkələrimizin rəhbərlərinin müdrikliyi sayəsində baş verir".

O, hesab edir ki, hazırda Azərbaycan Ordusu 20 il əvvəlkindən xeyli güclüdür: "Azərbaycan Ordusu döyüş bacarığı olduğunu göstərdi".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA