Prezident İlham Əliyev daha bir yolun açılışını etdi

img

29-04-2016 [15:07]


Prezident İlham Əliyev bu gün Ağsu rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax mənzilinin 115 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Mia.az xəbər verir ki, Dövlət başçısına məlumat verilib ki, ölkəmizin regionlarını birləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyan bu yol uzun müddət əsaslı təmir edilmədən istismarda olub.

Yolu fərqləndirən cəhət bəzi yerlərdə çətin dağlıq ərazidən keçməsidir. Buna görə yol boyu geniş bərkitmə və torpaq işləri aparılıb. Əsaslı şəkildə yenidən qurulan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 115,15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir. Yolun yenidən qurulması layihəsində nəzərdə tutulan 7 eyni səviyyəli dairəvi yol kəsişməsinin, 54 yol birləşməsinin və 263 suötürücü borunun tikintisi işləri aparılıb, həmçinin 6 körpü sökülərək yenidən inşa edilib. Bundan başqa, layihə üzrə avtomobil yolunda yol qurğuları və avadanlıqlarının, elektrik dirəklərinin quraşdırma işləri həyata keçirilib, 39 avtobus dayanacağının tikintisi aparılıb, yol hərəkəti nişanları qoyulub, piyada səkiləri tikilib, drenaj işləri görülüb.

Onu da qeyd edək ki, bu yolun əsaslı şəkildə yenidən qurulmasına Prezident İlham Əliyevin tapşırığı ilə 2010-cu ilin martında başlanılıb.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA