Müsavat Partiyası piket keçirmək üçün Hacıbala Abutalıbova müraciət ünvanlayıb

img

31-03-2010 [06:21]


Bu gün Müsavat Partiyası piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ünvanlayıb. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan müraciət aprelin 6-da aksiya keçirmək niyyəti qeyd olunub: "Müsavat Partiyası Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və ?Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının qanunu?na əsasən 06 aprel 2010-cu il tarixdə saat 12:00-dan 12:30-dək Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin edilməməsi, yürüşlər, mitinqlər, piketlər keçirmək üçün şəhərin mərkəzi küçə və meydanlarında, eyni zamanda rəsmi dövlət idarələrinin 200 metrlik radiusunda kütləvi aksiyaların keçirilməsi üçün müvafiq yerlərin ayrılmaması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti binası qarşısında etiraz piketi keçirəcəkdir". Piketin şüarları ?Vətəndaşların sərbəst toplaşmaq hüququ təmin edilsin!?, ?Azərbaycan Konstitusiyasına və qanunlarına əməl edilsin!? olacaqdır. Piketdə 50 nəfərin iştirakı planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA