Məmurlardan maliyyə hesabatı tələb olunacaq - Prezident sərəncamı

img

29-04-2016 [12:45]


Azərbaycanda korrupsiyanın qarşısının alınması sahəsində tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatlar təqdim ediləcək.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb. Milli Fəaliyyət Planına əsasən Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2016-2018-ci illərdə dövlət qulluqçularının və dövlət orqanlarının digər vəzifəli şəxslərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı mexanizmlərin, müvafiq qanunvericilik aktlarının hazırlanmasını təmin etməlidir.
Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2017-2018-ci illərdə vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Milli Fəaliyyət Planına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokurorluğa da bu işlərin həyata keçirilməsində iştirak etmək tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA