Oqtay Əsədov cəbhə ilə bağlı deputatlara xəbərdarlıq etdi: "Diqqətli olun"

img

29-04-2016 [12:22]


Milli Məclisin sədri Oqtay Əsədov cəbhədə baş verən gərginliklə bağlı deputatlara xəbərdarlıq edib.

O.Əəsdov deputatlara cəbhədə baş verənlərlə bağlı çıxışlarında diqqətli olmağı məsləhət görüb. O deyib ki, deputatların bəyanatları və çıxışlarındakı yanlışlıqlar pis nəticələr verə bilər: "Bundan başqa, mən dustluq qruplarının rəhbərlərinə tapşırıram ki, əməkdaşlıq etdikləri ölkələrdəki həmkarlarına məktublar göndərsinlər, həqiqəti onlara çatdırsınlar. Ad çəkməyəcəyəm, bu yaxınlarda bir ölkənin nümayəndə heyətinin rəhbəri xəritəni qabağına qoyub soruşur ki, Dağlıq Qarabağ hansı ölkənindir, Ermənistanındır? Belə biabırçılıqlar olmamalıdır. Biz aktiv çalışmalıyıq”.
O. Əsədov xəbər saytları və sosial şəbəkə istifadəçilərini də cəbhə xəbərləri ilə bağlı paylaşımlarında diqqətli olmağa çağırıb.
Fərəc Quliyevin Serj Sərkisyanın çıxışından bir neçə dəfə sitat gətirərək Ermənistan hakimiyyətinə qarşı kampaniya qurulması təklfinə Milli Məclisin sədri mənfi cavab verib: "Sarkisyandan tez-tez sitat gətirirsiniz, bu, düzgün deyil. Ermənistan hakimiyyəti başını itirib. İki gün qabaq Sarkisyan bəyanat verir ki, danışıqları dayandırır. Dünən isə onun xarici işlər naziri açıqlama verir ki, danışıqlara sadiqdirlər. Belə başını itirmiş adamdan nə çox sitat gətirirsiniz?..”
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA