İcra başçısının oğluna mühüm vəzifə verildi - Prokurorluqda dəyişiklik

img

29-04-2016 [11:08]


Bakı Şəhər Prokurorluğunda kadr dəyişikliyi həyata keçirilib.

Mia.az azvision.az-a istinadən xəbər verir ki, Mehman Qocayev Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub.

O, bundan öncə Baş Prokurorluqda idarə prokuroru vəzifəsində işləyib.

Qeyd edək ki, Mehman Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin oğludur.

Mia.az onu da bildirir ki, Alı Qocayev həm də spiker Oqtay Əsədovla qudadır. İcra başçısının oğlu Oqtay Əsədov hələ "Azərsu" ASC-nin sədri olanda onun qızı ilə ailə qurub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA