29-04-2016 [10:21]
"Düşünürük ki, Azərbaycanda ilkin mərhələdə icbari tibbi sığortaya görə əmək haqlarından ödəniş üçün çox kiçik faiz tətbiq edək. Bu, hətta simvolik, çox cüzi faiz də ola bilər".
Mia.az bildirir ki, bunu trend-ə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.
Onun sözlərinə görə, aşağı faiz tətbiq etməklə sistemi sınaqdan keçirəcəklər: "Məsələn, müəyyən olacaq ki, daxilolmalar hansı şəkildə idarə ediləcək, həmin vəsait xəstəxanalara necə yönəldiləcək və s. Zərurət yarandıqca, faiz dərəcəsini tədricən artırmaq da olar".
Z.Əliyev əlavə edib ki, vətəndaş ilk növbədə hansı faiz dərəcəsinin tətbiq olunmasından asılı olmayaraq, icbari tibbi sığorta sisteminin onun mənafeyini qoruyacağına, bundan çox xeyir görəcəyinə inanmalıdır: "Hazırda vətəndaşların ödəmə qabiliyyəti ilə bağlı araşdırma aparırıq. İcbari tibbi sığorta haqqı üçün əmək haqqından tutulmaların faiz dərəcəsini hesablamalar başa çatdıqdan sonra açıqlayacağıq. Onu da deyim ki, Avropa ölkələrində icbari tibbi sığorta haqqı olaraq əmək haqlarından 10-15 faiz civarında, hətta ondan da yüksək tutulmalar olur. Amma biz yüksək faiz dərəcəsi tətbiq etmək istəmirik. Çünki bu, bizim əhalimiz üçün yük ola bilər".
Aşağı və yüksək maaş alanlar üçün fərqli faizlərin tətbiq edilə bilməsinin mümkünlüyünə gəldikdə, Z.Əliyev deyib ki, adətən sığorta ödənişləri insanların gəlirinə və ödəmə qabiliyyətinə uyğun müəyyən edilir: "Belə ki, gəlirin müəyyən faizi həcmində sığorta ödənişləri edilir və bu faiz əksər insanlar üçün eyni olur. Lakin insanların gəlirlərinin kəskin fərqləndiyi hallarda ən aşağı və ən yuxarı gəlirli insanlar üçün fərqli faizlər tətbiq edilə bilər. Yüksək məbləğdə gəlir əldə edən insanlara gəldikdə, onlara çox yük düşməməsi üçün müəyyən yuxarı ödəniş həddi müəyyən ediləcək".
Z.Əliyev işçilərin əmək haqqından tutulan vəsaitin hansı qurum tərəfindən toplanılacağına da aydınlıq gətirib.
Agentliyin direktorunun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əmək haqqından tutulmalar edir: "Bizdə də bənzər sistem olmalıdır. Biz hazırda ƏƏSMN ilə danışıqlar aparırıq. Əgər nazirliyin mövcud sistemindən istifadə edə biləriksə, yeni sistemin qurulmasına bəlkə də ehtiyac olmayacaq. Sistemin texniki tərəflərini təhlil edirik".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi