Zakir Həsənov əmr verdi: Bütün qoşunlar düşmənə cavab zərbəsi endirəcək

img

28-04-2016 [19:28]


Bütün qoşunlara düşmənə qarşı cavab zərbəsi endirmək əmr edilib”.

Bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Ermənistan hərbi birləşmələri artıq iki gecədir BM-21 yaylım atəşləri sistemindən də yaşayış kəndlərini atəşə tuturlar:

"İri çaplı silahlardan atırlar. Minaatanlardan, o cümlədən D-20 və D-30 haubitsalarından atırlar. Hətta iki gecədir artıq BM-21 yaylım atəşləri sistemindən də atırlar. Əsasən atılan mərmilər yaşayış kəndlərinə düşür. Mülki əhalinin yaşadığı kəndlərə düşür. Müdafiə naziri tərəfindən tapşırıq verilib. Bütün qoşunlara əmr verilib ki, düşmənə qarşı cavab zərbəsi açılsın. Və vurulan atəş ancaq onların hərbi obyektlərinə və yaşayış məntəqələrində gizlətdikləri hərbi nöqtələr vurulmalıdır. Cavab tədbirləri görülür”.

atv.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA