28-04-2016 [17:32]
Bu gün Daxili İşlər Nazirliyinin (DİN) "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin və diplomatik korpusun digər nümayəndələrinin xahişi ilə onlarla görüş keçirilib.
Mia.az DİN-nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov Nazirliyin rəhbərliyi adından qonaqları salamlayıb, görüşün qarşılıqlı əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Sonra müstəqillik illərində ölkəmizin keçdiyi tarixi yol, cinayətkarlıqla mübarizə və ictimai qaydanın qorunması sahələrində əldə edilmiş uğurlu nəticələr, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təmini, mövcud kriminogen durum, qarşıda duran vəzifələr barədə geniş məlumat verilib.
Nazirin birinci müavini qeyd edib ki, son 3 ildə xarici dövlətlərin diplomatik missiyalarının, habelə beynəlxalq təşkilatların rəhbərləri ilə Daxili İşlər Nazirliyində 268 görüş keçirilib. Görüşlər zamanı ikitərəfli münasibətlərlə yanaşı, diplomatik korpusun mühafizəsi ilə əlaqədar məsələlər də müzakirə olunub. Hazırda DİN-in Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taboru və Baş Mühafizə İdarəsi respublika ərazisində yerləşən 50-dən çox diplomatik nümayəndəliyin mühafizəsini həyata keçirir və müvafiq işə cəlb olunmuş polis əməkdaşlarının xidməti ciddi nəzarətdə saxlanılır. Onlar tərəfindən son 3 ildə 61 şəxsin qanunsuz hərəkətlərinin qarşısı alınıb.
Diplomatik nümayəndəliklərin müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsi də böyük önəm verilən məsələlərdən olmaqla, bu sahədə fəaliyyət xüsusi əməliyyat planı ilə tənzimlənir.
Polis general-leytenantı Vilayət Eyvazov onu da vurğulayıb ki, Azərbaycan Respublikası da terrorçuluqdan əziyyət çəkən dövlətlər sırasındadır. Ötən əsrin 80-ci illərindən etibarən ölkəmiz və onun vətəndaşları erməni terrorçuluğunun hədəfinə çevrilib. Təkcə 1989-1994-cü illərdə erməni terrorçu qrupları tərəfindən Azərbaycana qarşı törədilmiş 32 terror aktı nəticəsində iki min insan həlak olub, yüzlərlə vətəndaşımız yaralanıb.
Azərbaycanın torpaqlarının 20 faizindən çoxunun, o cümlədən Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində İran İslam Respublikası ilə 132 kilometrlik sərhəd zolağına nəzarət imkanlarımızın itirilməsi də ciddi problemlərdəndir. Nəticə etibarı ilə narkotiklərin, odlu silahların qanunsuz dövriyyəsinə, həmin ərazilərdə beynəlxalq terrorçu təşkilatların gizli təlim bazalarının maneəsiz fəaliyyətinə əlverişli şərait yaranıb. Bu faktın özü nəinki Azərbaycanın, bütövlükdə regionun təhlükəsizliyi üçün əsas təhdidlərdən biri olaraq qalır.
O da bildirilib ki, son dövrlər dünya ictimaiyyətində çox ciddi narahatlıq doğuran məsələlərdən biri dini ekstremizmin və dini zəmində terrorçuluğun çağırış və təhdidlərinin artmasıdır. Bu baxımdan, aidiyyəti dövlət orqanları ilə birgə xarici ölkələrdə silahlı münaqişələrdə, terrorçuluq və dini ekstremist fəaliyyətdə iştirak etmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi, sərhədkeçmələrinə məhdudiyyət qoyulması və əməliyyat nəzarətində saxlanılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. İştirakçıların nəzərinə çatdırılıb ki, terrorçuluq və dini ekstremizmə qarşı mübarizədə xüsusi texniki vasitələrin tətbiqi mühüm əhəmiyyətə malikdir. Qeyd olunub ki, Bakı metropoliteni də nəzərə alınmaqla, bu gün respublika üzrə 110 mindən çox videonəzarət kamerası ilə 24 saat ərzində mərkəzləşdirilmiş müşahidə aparılır.
Nazirin birinci müavini bildirib ki, ötən 12 ildə cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmini sahəsində də fəaliyyət davamlı olub, əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanılıb. Məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin təxminən 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir. Eyni zamanda, mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə sistemli xarakter daşıyıb, ağır və xüsusilə ağır cinayətlər törətmiş 3 mindən çox qrup və dəstə zərərsizləşdirilib.
Əldə edilən nəticələr mötəbər beynəlxalq təşkilatlar tərəfindən də müsbət dəyərləndirilir.
Çıxışının sonunda məruzəçi diplomatik korpus nümayəndələrini əmin edib ki, Daxili İşlər Nazirliyi digər hüquq-mühafizə orqanları ilə birlikdə bundan sonra da cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizənin yüksək peşəkarlıqla həyata keçirilməsi, ictimai asayişin, təhlükəsizliyin və sabitliyin lazımi səviyyədə təmin edilməsi üçün bütün zəruri tədbirləri görəcəkdir.
Xarici İşlər Nazirliyinin idarə rəisi Pərvin Mirzəzadə ölkəmizdə akkreditə olunmuş səfirlliklərin və diplomatik korpus nümayəndələrinin təhlükəsizliklərinin təmini istiqamətində təmsil etdiyi qurumla Daxili İşlər Nazirliyinin sıx, işgüzar və səmərəli əməkdaşlığından, eyni zamanda, respublikamızı təmsil edən diplomatların bəzi xarici dövlətlərdə qarşılaşdıqları problemlərdən söz açıb.
Diplomatik korpusun adından çıxış edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri - duayen Vladimir Doroxin təşəbbüslərinə müsbət cavab verildiyinə, görüşün yüksək səviyyədə təşkilinə və ərtaflı məlumata görə DİN rəhbərliyinə minnətdarlığını bildirib.
Görüşün sonunda daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov tədbir iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi